Siyasət (20-07-2023, 19:25)
Elman Nəsirov: “Real partiyasının üzləşdiyi bu reallıq digər partiyalar üçün də bir ibrət dərsi olmalıdır”

Millət vəkili Elman Nəsirov News365.az-a açıqlamasında bildirib ki, REAL partiyası üzvlərinin az olmasına görə günahı özündə görməlidir:
“Bu onların öz hüquqlarıdır. Hesab edirəm ki, ilk növbədə onlar nəticəylə yox, səbəblə mübarizə aparsınlar. Səbəb də odur ki, niyə yalandan üzvlərinizin sayını 5 min 100-ə qaldırmısız? Olmazdı ki, əməlli-başlı işləyəsiniz, sosial-bazaya malik olasınız, insanlar sizin partiyanın üzvü olmaq istəyərdilər. Ancaq bu baş vermədi, günahı özlərində görsünlər. Səhv etmirəmsə 463 nəfər onların partiyasına üzvdür. Ədliyyə Nazirliyi bunu sadəcə demir, faktlarla da sübut edir. Əks-arqument qoysunlar. Desinlər ki, Ədliyyə Nazirliyi düz demir, bizim filan qədər ölücanımız yoxdur, dünyasını dəyişənlər partiya üzvü deyil. Ədliyyə Nazirliyinin qoyduğu kontur məsələyə kontur arqumentlə cavab versinlər. Onlar bunu bacarmırlar, bacardıqları sadəcə bizim deputatımız öz mandatlığından məhrum edəcək…etsin bundan heç kim uduzmayacaq. Bu digər partiyalara da dərs olmalıdır. Saxtakarlığa yol verməsinlər və hesab edirəm ki, Real partiyasının üzləşdiyi bu reallıq digər partiyalar üçün də bir ibrət dərsi olmalıdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025