Siyasət / Kriminal (15-07-2023, 20:58)
Brüssel masasında əsas məsələ: Bərdə-Ağdam marşrutu...

Mediatv.az "Caliber"ə istinadən xəbər verir ki, Brüssel görüşündə müzakirə edilən əsas məqamlar barədə bir sıra məlumatlar əldə edilib.
Məlumata görə, Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi, həmçinin sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi müzakirə edilib.
Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycan tərəfinin “Laçın” nəzarət-buraxılış məntəqəsində qaçaqmalçılıq cəhdləri müəyyən etməsi, Qarabağın erməni əhalisinin Azərbaycan Respublikasının suverenliyi altında və qanunları əsasında yaşaması məsələləri müzakirə edilən əsas mövzular olub.
Eyni zamanda, Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınması marşrutunun dəyişdirilməsi, Laçın yolunun Bərdə-Ağdam marşrutu ilə əvəz edilməsi ilə bağlı müzakirə aparılıb.
Görüşdə həmçinin Qərbi Azərbaycan İcmasının problemləri, bölgənin avtoxton əhalisi olan Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələləri gündəmdə olub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025