Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə keçirilən NATO sammitində jurnalistlərə açıqlaması NATO-nun Cənubi Qafqaz regionundakı genişlənmə siyasətinin kursuna uyğunlaşdırılan ssenariləri özündə ehtiva edir.
Cənubi Qafqaz səhnəsində iki faktiki münaqişəli (Abxaziya və Cənubi Osetiya) region, bir mübahisəli konteksti olan Azərbaycan-Ermənistan münasibətləri var.
Ərdoğanın Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin xidmət müddətinin bitəcəyi tarixi xatırlatması Bakı-Ankara strateji müttəfiqliyinin regiondakı gələcək təsirlərini göstərir.
Yəni planı belə görə bilərik ki:
- Sülhməramlılar Qarabağdan çıxırlar;
- Onun əvəzində Türkiyə Azərbaycanın strateji müttəfiqi kimi regionda hərbi mövcudiyyət dairəsini genişləndirir;
- Bununla Rusiyanın Gürcüstan teatrındakı işğal zonasının yığışdırılması üçün Bakı-Ankara-Moskva xəttində danışıqlar başlayır;
- Bütün bunlar NATO-nun regional bıçaqlarını itiləyərək ona maneə yaradan maneələri doğramasına yol açır.
Dəfələrlə qeyd etmişik ki, NATO Cənubi Qafqazdakı nüfuz dairəsini Türkiyə vasitəsilə genişləndirir, belə demək mümkünsə, Ankaranın regional proseslərdəki iştirakı, xüsusilə Qarabağ müharibəsindən sonra bölgədə hərbi-siyasi təmsilçilik hüququ qazanması Alyansın ürəyincədir. Təbii, bu da müəyyən limitə malikdir.
Türkiyə Cənubi Qafqazda Rusiya ilə Qərbin toqquşan maraqlarını balanslaşdıran qüvvədir, Ankara hər nə qədər NATO-nun genişlənməsinə töhfə versə də, strateji maraqlarından dolayı Rusiya ilə də yaxşı münasibətlərə malikdir.
Buna görə də Ərdoğanın 10 Noyabr Bəyanatına istinad edərək: “Razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaqlar. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram”, - deməsi daha dərin məzmun yükünə sahibdir və Ankaranın Moskva ilə Qərb arasındakı mövqeyini möhkəmləndirmək məntiqinə söykənir.
Ərdoğan Türkiyənin bərkiyən mövqelərinə Azərbaycanın da maraqlarını qatacaq, bu baxımdan onun sülhməramlıların regiondan çıxması çağırışı fonunda: “Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”, - deyə bəyanat verməsi Bakının Moskva qarşısındakı xəbərdarlıq siqnallarını üfüqə çıxarır.
Bu mənada Ərdoğanın NATO sammitindəki bəyanatı vacibdir, geniş təsirlərə malikdir, Rusiyanın regional müstəvidəki hökmranlıq etmək aktına qarşı balanslaşdırıcı aktdır.
Ancaq Rusiyanın mövcud və gələcək təhlükələrindən qorunmaq üçün Türkiyəyə geniş sövdələşmə əhatəsi vacibdir, yəni:
- Türkiyə NATO ilə müdafiə mexanizmlərinin Cənubi Qafqaz modelini qurmalıdır;
- Ankara Moskvadan alacağı siqnalları NATO əleyhinə çevirməmək şərtilə Rusiya ilə səmərəli strateji tərəfdaşlıq xəttini zədələməmək çağırışı ilə üz-üzədir.
İki qitəni əhatə edən, bir ayağı Avropada, bir ayağı Asiyada olan Türkiyə regional siyasətini beynəlxalq münasibətləri qütbləşdirən ambisiyalar fonunda daha da irəliyə aparacaq.
Rusiya ilə əməkdaşlıqdakı yeni tendensiyalar Prezident Vladimir Putinin Türkiyəyə gözlənilən səfər proqramının özəyini təşkil edəcək və iki ölkə maraqlarının üst-üstə düşdüyü regionlarda, xüsusilə Suriya üzrə aktiv faza yaradıla bilər.
Hər halda, Türkiyə ilə Rusiya arasında pik həddə çatan gərginlik gözlənilmir. Amma Ankara NATO sammitinin nəticələrini Rusiyanın regional ambisiyalarına qarşı vahid cəbhə kimi qiymətləndirərək yola çıxmaqda maraqlıdır.
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024