Siyasət (1-07-2023, 13:59)
Elman Nəsirov: “Fransanın insan haqlarının müdafiəsi ilə bağlı mövqeyi artıq gülüş hədəfinə çevrilir”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Hadisə bir daha göstərdi ki, Fransanın demokratiya oyunu var və bu oyun çərçivəsində əslində anti-demokratik addımlar atılır, bu və ya digər dövlətlərə təzyiq göstərilir, təhdid həyata keçirilir. Son baş verən hadisə əslində söz və mətbuat azadlığının boğulması və ona təzyiq, təhdid kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfi haqlı olaraq Fransanın müvafiq dövlət qurumlarını bu hadisəyə çox sərt reaksiya verməyə çağırır, cinayətkarların tezliklə saxlanılıb cəzalandırılmasını tələb edir. Azərbaycan tərəfinə vurulmuş maddi ziyanın ödənilməsi tələbini irəli sürür. Bütün bunlar reallaşdırılmalıdır, əks halda, onsuz da, Fransanın dünyada demokratiya, insan haqlarının müdafiəsi ilə bağlı mövqeyi artıq gülüş hədəfinə çevrilir. Bu məqamda məşhur fransalı Napaleonun sözləri yada düşür: kimin daha çox nədə problemi varsa, elə o barədə hamıdan çox, ucadan danışır. Bu gün Fransa qədər demokratiyadan, insan haqlarından danışan ikinci bir dövlət yoxdur. Eyni zamanda bu dövlət qədər demokratiyanı boğan, üstündən xətt çəkən, insan haqlarını taptalayan ikinci bir dövlətə də rast gəlmək çətindir”, - deputat bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025