Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (13-06-2023, 07:12)
İki belə ölkə tapmaq çətindir...

iki-bele-olke-tapmaq-cetindir

İndi bu sətirləri oxuyanların arasından bəlkə kimsə çıxıb deyər: "Allah eşqinə, bu səfərki səfərə "tarixi səfər" deməyin".

Niyəsini də belə açıqlayar: "Hər dəfə yenidən hakimiyyətə gələndən sonra onsuz da ilk işi Azərbaycana gəlməkdir. Bunun harası "tarixi" oldu?!"Bəli, Rəcəb Tayyib Ərdoğan Azərbaycana çox səfər edib. Saysaq, iki əlin barmaqları yetməz. Ancaq, yox! Hər gəlişi, doğrudan da, tarixi səfərdir. Əvvəla, adam öz boyu uzunu bir tarixdir; artıq 20 ildən çoxdur, Türkiyənin, dünyanın tarixində və taleyində danılmaz rolu və yeri var. Eləcə də, Türkiyənin qardaşı və Dünyanın parçası olan Azərbaycanın da tarixinə və taleyinə daxil olub. Onun hər gəlişi "tarixi səfər" adlanacaq qədər böyük hadisədir. Səfərin baş tutduğu tarixə görə yox. Bu gəlişin əvvəli və sonrası var axı. Burdan ikinci bir səbəb göründü artıq: Tayyib Ərdoğan Türkiyədə hakimiyyətə gəldikdən az sonra İlham Əliyev də Azərbaycanın prezidenti oldu. Son 20 ildə hər iki ölkənin tarixində və taleyində bu iki şəxs birlikdə yer aldılar. Kiminə görə müsbət, kiminə görə yox. Amma... Azərbaycanın 32 ilə yaxın müstəqillik dövründə Azərbaycanla Türkiyənin bu qədər doğmalaşdığı, hətta bir-birinə bu qədər sıx bağlı olduğu olmamışdı.Türkiyədə koalisiya hökumətləri dövrünü xatırlamağa çalışın; uzaq tarix deyil. O dönəmlərdə rəsmi Ankaranın Azərbaycanla, ümumiyyətlə, Cənubi Qafqazla bağlı siyasi xətti, yumşaq desək, aydın deyildi. Bunun da öz səbəbləri vardı. Çox səbəb saya bilərik. Elə təkcə onu demək yetərlidir: bu koalisiyaların özləri dayanıqlı - sabit deyildi, o da ola xarici siyasət kursu. İllah da ki Azərbaycana yönəlik siyasi xətt.Ancaq indi tamamilə başqa bir vəziyyəti izləyirik. Növbəti dəfə prezident seçildikdən sonra Tayyib Ərdoğan əvvəlkindən də güclü və iddialı bir hökumət kabineti qurdu. Xüsusilə, Hakan Fidanın xarici işlər naziri postuna gətirilməsi Türkiyə-Azərbaycan əlaqələrinin yaxın və orta perspektivlərinə işıq salır. Tək ona görə yox ki, Hakan Fidan TİKA başqanı, MİT başqanı olduğu dönəmlərdə Azərbaycana yönəlik türk siyasətinin öncüllərindən olub. Və tək ona görə yox ki, bu siyasi xətti daha da gəlişdirmək, irəlilətmık üçün ən üst diplomatik platformaya - Xarici İşlər Nazirliyinə başçılıq edir. Ən başlıcası ona görə ki, prezident Ərdoğan Hakan Fidanı "kölgədən" çıxardı... Və publik siyasət səhnəsinə çıxardı. Artıq siyasi kulislər Fidanı Ərdoğandan sonrakı dövrün həlledici fiquru kimi görür. Əgər gözləntilər doğrudursa və ya doğrularsa, bu,  Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyini çox etkiləyəcək. Ancaq hər bir halda Türk siyasətinin indiki və ən azı yaxın beş ildəki danılmaz, həlledici faktoru Rəcəb Tayyib Ərdoğandır.  Azərbaycan-Türkiyə münasibətlərinin indiki yüksək səviyyəsini "elan olunmamış konfederasiya" adlandırmaq bəlkə də müəyyən qədər (bəlli səbəbdən) yanlış olardı. Ancaq iki belə ölkə tapmaq çətindir ki, konfederasiya olmadan konfederasiya səviyyəsində bir sinerji qura bilsinlər və eyni zamanda hər ikisi müstəqil dövlət kimi daha da möhkəmlənsinlər. Bu unikal modelin qurucuları Azərbaycanın və Türkiyənin indiki rəhbərləridir.

Türkiyə prezidentinin indiki (gözlənilən) səfəri, sadəcə, böyük tarixi hadisə deyil, yeni və mühüm dönəmin başlanğıcıdır. Və, bu, sadəcə, tarix deyil, yəni keçmiş-bitmiş zaman  deyil, həm də və daha çox hər iki ölkənin gələcəyidir. Prezident Ərdoğanın Azərbaycana gözlənilən sabahkı səfərinə məhz belə yöndən baxmaq lazımdır. Bu, eləcə bir nəzakət və ya mənəvi dəstəyə görə qardaşa təşəkkür səfəri deyil. Həm də qarşıdakı yaxın və orta perspektivdə birlikdə nələr etməyin, ayrı-ayrılıqda nələri etməməyin siyasi mühasibatı aparılacaq. Qarabağda qələbələr qazanılıb; Qarabağ savaşında Türkiyə öz rəhbərinin də elan etdiyi kimi, bütün imkanları ilə Azərbaycanın yanında durduğunu bəyan etdi. Türkiyə Cənubi Qafqaza, Azərbaycana gəldi. Bunun Azərbaycan və Türkiyə üçün nə demək olduğunu dərindən anlamaqdan ötrü  təkcə Şuşa Bəyannaməsini oxumaq yetərlidir. Ancaq birlikdə görüləcək çox işlər var; Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olasıdır (ki, əvvəl-axır olacaq). Zəngəzur dəhlizi açılasıdır ki, gec-tez açılacaq. Üçüncü ölkələrin qoşunları Azərbaycan ərazisindəm çıxarılmalıdır ki, çıxarılacaq – başqa yolu yox, iki iqtisaiyyatın bir-birinə daha böyük ölçüdə dəstək verməsi lazım (ki, verəcək) və sair və ilaxır.

Tək millətə xidmət edən iki hökumətin gündəliyi həmişə çox zəngindir. Odur ki liderlərin hər ikisi,  xüsusilə, yenidən seçilmiş  prezident olaraq Tayyib Ərdoğan yeni mesajlar verəcək. Birlikdə çıxdıqları yolun "Yol xəritəsi"nin üzərindən bir daha keçəcəklər. Bu iki ölkə Türk Dövlətləri Təşkilatının da iki başlıca sütunlarıdır. Eləcə də, Cənubi Qafqazdakı vəziyyətə görə hər iki dövlətin həlledici məsuliyyəti var. Azərbaycan və Türkiyə "Orta dəhliz" strayegiyasının əsas həlqələləridir. Hər iki ölkə öz çapında energetik hab olaraq mövqelərini daha da gəlişdirdilər. Dünya iqtisadiyyatının və siyasətinin güc faktoruna çevriıdilər. Ona görə də prezident Ərdoğan özü ilə Azərbaycana iki ölkə qardaşlığının təkcə tarixi keçmişini deyil, həm də və daha çox elə "tarixi gələcəyini" gətirir. Bu ifadə müəyyən qism kəslərə bəlkə bir az anlaşılmaz göründü. Ancaq hər kəs o möhtəşəm tarixi gələcəyi yaxın zamanda öz gözləri ilə görməli olacaq. Göz gördüyünə inanar. Biz də gözümüzlə gördüyümüz, ürəkdən inandığımız doğruları yazırıq. Bütün ümidlərimizin doğrulacağı ümidi ilə...

Bahəddin Həzi

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024