Siyasət (23-10-2020, 21:59)
Ordumuz BMT qətnamələrini yerinə yetirir
Ölkə başçısı Ali Baş Komandan olaraq, Silahlı Qüvvələrimizin cəbhədə möhtətəşəm qələbələrin əldə etməsində müstəsna xidmətlər göstərir, qətiyyətli mövqe nümayiş etdirir. Eyni zamanda diplomatik cəbhədə də hər bir dövlət başçısı və vətəndaş üçün örnək ola biləcək bir hücum taktikasını reallaşdır.
Bu sözləri "Mediatv.az"-a açıqlamasında millət vəkili Elman Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nikkei” qəzetinə müsahibəsini şərh edərkən deyib.
“Dünyanın aparıcı media qurumlarına verdiyi dərin məzmunlu müsahibələri zamanı İlham Əliyev rəsmi Bakının haqq işini beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraraq, Azərbaycan Ordusunun tarixi missiyasının işğal altında olan torpaqlarımızı azad etməkdən ibarət olduğunu bildirib. Ermənistan silahlı qüvvələri isə heç bir motivasiyası olmayan işğalçı ordudur.
BMT TŞ-nın qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin işğlal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxması məsələsi indiyə qədər hələ də icra olunmur. Bu gün Azərbaycan Ordusu özü bu qətnamələrin icrasını həyata keçirir”, - deyə deputat bildirib.
Millət vəkili Prezident İlham Əliyevin 30 ilə yaxın müddət ərzində Minsk Qrupu həmsədrlərinin heç bir irəliləyişə nail olmadığına dair bildirdiyi fikrə də toxunub:
“Prezidentimizin də qeyd etdiyi kimi, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin heç bir nəticəsi olmadı. Həmsədr dövlətlərin prezidentləri səviyyəsində münaqişə ilə bağlı formalaşmış status-kvonun qəbuledilməzliyi dəfələrlə qeyd olunub. BMT TŞ-nın məlum qətnamələrinin BMT Nizamnaməsinin 5-ci fəslinin 25-ci maddəsində məcburi icrası əksini tapıb. Lakin bəyanatın icrası istiqamətində heç bir addım atılmayıb. Bu da nəticə etibarilə işğalçıda arxayınlıq sindromu formalaşdırıb və düşməni növbəti cinayətlərə imza atmağa şirnikləndirir. Düşmənin cari ilin 12–16 iyul, 20 avqust və nəhayət 27 sentyabr tarixlərində əl atdığı təxribatlar cəzasızlığının bariz nümunəsidir. Lakin Azərbaycanın şanlı Ordusu, öz növbəsində, əks hücuma keçərək öz tarixi-şərəfli missiyasını yerinə yetirdi.
Prezident İlham Əliyev çıxışı zamanı rəsmi Bakının şərtlərini açıqlayarkən bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, işğaldan azad olunan ərazilərin təqvimini göstərməli, eləcə də baza prinsiplərini qəbul etməlidir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024