Siyasət (15-05-2023, 13:33)
“İnqilablar Soros üçün qazanc mənbəyi idi…” Deputat

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, indiki halda C.Sorosun ölümü daha maraqlı məqamları üzə çıxarır: “İnsanlara maraqlı gəlir ki, yəqin, onun ölümündə də bir məna var. Soros Türkiyədə keçirilən tarixi prezident və parlament seçkiləri zamanı dünyasını dəyişdi. Çünki belə ehtimallar səsləndirilirdi ki, ABŞ-da müəyyən siyasi dairələr Türkiyədə seçkilərdən sonra vəziyyəti gərginləşdirməyə, Türkiyədəki səfərbər olmuş cəmiyyətin, vətəndaş həmrəyliyinin pozulmasına xidmət edən addımlar atmağa maraqlıdırlar. Belə olan halda, təbii ki, ən çox Soros və onun kimilərin maliyyə vəsaitlərindən istifadə edilməsi ən ağlabatan versiyalardan biri hesab oluna bilərdi. Belə bir məqamda Soros – inqilablar edən, xalqlara böyük məşəqqətlər əzablar verən inqilabları maliyyələşdirən Soros dünyasını dəyişir. Düşünürəm, bunda təsadüf yoxdur. Yəni Türkiyənin timsalında Soros və onun kimilərin seçkilərə müdaxilə, nəticələrə təsir göstərmək, ədaləti pozmaq imkanı əlindən alınmış oldu. Türkiyə öz tarixinin ən şərəfli, ən demokratik seçkilərindən birini keçirir. Bunu bütün dünya görür. Türkiyə bu gün bütün dünyaya demokratiya dərsi keçir. Bu dərsin nəticələrini pozmaq istəyən şəxslərdən biri məhz Soros ola bilərdi. Bütün fəaliyyəti ancaq insanlara bədbəxtlik gətirmək, onları göz yaşlarına qərq etmək, fəlakətlər törətməkdən ibarət olan Soros belə bir zamanda dünyasını dəyişdi. Yeri gəlmişkən, Türkiyədə haqq-ədalət zəfər çalıb, yaxın zamanda seçkilərin nəticələri tam rəsmən elan ediləcək. Azərbaycan xalqı da Türkiyə xalqının mütləq əksəriyyəti ilə birlikdə seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyinə böyük ümidlər bəsləyir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025