Hadisə (22-05-2015, 14:56)
“Üçüncü dünya müharibəsi təhlükəsi real ola bilər” - Soros
“ABŞ Çinə “böyük güzəşt” etməlidir”.
Mediatv.az-ın məlumatına görə, Amerikalı milyarder Corc Soros əsasını Çin və ABŞ arasında münaqişənin qoya biləcəyi yeni dünya müharibəsinin mümkünlüyünü ehtimal edib, Market Watch resursu yazıb. Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, Sorosun nəzərincə, əgər ÇXR öz iqtisadiyyatını ixraca deyil, daxili ehtiyaclara istiqamətləndirərsə belə ssenari mümkündür. O hesab edir ki, bu zaman Çin hökumətinə öz hakimiyyətini saxlamaq üçün daxili münaqişə lazım gələcək.
“Əgər Çin və ABŞ-ın Yaponiya kimi hərbi müttəfiqləri ilə qarşıdurması yaransa, bizim Üçüncü Dünya müharibəsinin astanasında dayanacağımızı demək, sözləri şişirtmək olmayacaq”, – Market Watch Sorosun sözlərindən sitat gətirir.
Bundan qaçmaq üçün ABŞ Çinə “böyük güzəşt” etməlidir: yuana Beynəlxalq Valyuta Fondunun valyuta səbətinin tərkib hissəsi olmağa izin verməlidir. Çin valyutası bu zaman Amerika dollarına ciddi rəqib ola bilər, Market Watch yazır.
Milyarder qeyd edir ki, Çin cavab olaraq ölkə iqtisadiyyatının yenidən qurulmasında güzəştə gedə bilər. Onun sözlərinə görə, Çin və ABŞ üçün razılıq əldə etmək çətin olacaq, amma alternativ “çox xoşagəlməzdir”.
Əks halda Çinin Rusiya ilə siyasi və hərbi ittifaq yaratması təhlükəsi var və o zaman yeni dünya müharibəsi təhlükəsi real olacaq, Soros sözünü yekunlaşdırıb.