Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (12-05-2023, 08:12)
Ermənistan niyə təxribata əl atdı?

ermenistan-niye-texribata-el-atdi


Mediatv.az-ın məlumatına görə, növbəti gün bu təxribatların miqyası daha da genişlənib. Nəticədə bu dəfə mövqelərimiz iriçaplı silahlardan, minaatanlardan və D-30 toplarından atəşə tutulub.

Bu təxribatlar nəticəsində bir hərbçimiz ağır yaralanıb, biri isə şəhid olub.

Belə məqamda sual yaranır: Ermənistan niyə vəziyyəti gərginləşdirməyə çalışır?Təbii ki, bunun məqsədli şəkildə baş verdiyi şübhə doğurmur. Hər halda Ermənistanın snayperlərdən istifadə etməsi, əraziyə snayperlərin cəlb olunmasını təxribatın məqsədli şəkildə törədildiyini deməyə əsas verir.
Sözsüz ki, buna səbəb Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır vəziyyətə düşməsi və bu ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanınmasının tələb olunmasıdır.
Belə ki, Vaşinqtonda keçirilən görüşlər beynəlxalq hüququn konkret yanaşma tələb edən norma və prinsiplərinin qarşılığında rəsmi İrəvanın söz oyunlarının və diplomatik manipulyasiyalarının işə yaramadığını göstərdi. Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması məsələsinin Ermənistanın qarşısına imperativ tələb kimi qoyulması Paşinyan hökumətini ağır vəziyyətə salaraq, manevr imkanlarını məhdudlaşdırıb.
Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni vəziyyətlə üzləşəcəyini və çətin vəziyyətə düşəcəyini bilir və  bu səbəbdən ənənəvi metod olan təxribata əl atır.
Çünki Vaşinqton görüşündən sonra yaranmış vəziyyət Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə aparılması nəzərdə tutulan danışıqlarda Azərbaycanın kifayət qədər üstün mövqedə olduğunu nümayiş etdirir. Ermənistanın təxribatlarının arxasında maraqlı qüvvələrin də dura biləcəyi istisna deyil.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024