“Bu gün mən Azərbaycanın paytaxtı Bakıda sinaqoqda oldum, yəhudi icmasının üzvləri ilə görüşdüm”.Mediatv.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen Tviter hesabında bildirib.

“Azərbaycan yəhudi icmalarına həmişə hörmətlə yanaşan ölkədir və xalqlarımız arasında əlaqə dərindir. Münasibətlərdə yeni mərhələnin rəmzi olan Azərbaycanın İsraildə səfirliyinin açılmasından məmnunam və icma üzvlərinə İsrailin hər zaman onların evi olacağını söylədim” – diplomat qeyd edib.