Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-04-2023, 08:52)
Sabiq baş prokurorun partiyası da buraxılır

 




Azərbaycanda daha bir siyasi partiyanın fəaliyyəti dayandırıla bilər. 

Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, yaxın vaxtlarda Milli Konqres Partiyasının buraxılacağı gözlənilir. 

Milli Konqres Partiyası 11 dekabr 1998-ci ildə qeydiyyata alınıb. Pariyanın qurucusu keçmiş baş prokuror İxtiyar Şirindir. O, 2022-ci ildə dünyasını dəyişib. İxtiyar Şirin vəfat edənə qədər Milli Konqres Partiyasının sədri olub. Partiya fəaliyyətinin ilk illərində hökumətə müxalif mövqeyi ilə tanınıb. Müxalifətin formalaşdırdığı bir çox birliklərdə təmsil olunub. Lakin son illər partiyanın fəaliyyəti hiss olunmayıb. İxtiyar Şirin dünyasını dəyişdikdən sonra isə partiya başsız qalıb. 

Qeyd edək ki, İxtiyar Şirin 26 noyabr 1991-ci ildə təşkil edilən Ali Soveti Milli Şurasının tərkibinə daxil olub. O, 1991-ci ildə parlamentdə Azərbaycan Müstəqillik Aktının leyhinə səs verən 43 deputatdan biri olub. Sonrakı illərdə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 14 oktyabr 1992-ci ildə baş prokuror təyin edilib və 1993-cü ilin 30 iyununadək bu vəzifədə qalıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.
Onu da qeyd edək ki, bundan əvvəl 13 partiya fəaliyyətini dayandırıb. Belə ki, Müstəqil Azərbaycan, Azərbaycan Vahid Kommunist, Sosial Demokrat, Liberal Demokrat, Milli Vəhdət, Sosial Rifah, Azərbaycan Naminə Alyans, Təkamül, Birlik, Azad Respublikaçılar, Azərbaycan Respublikaçılar, Yeni Yol və Milli Demokrat partiyaları öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024