Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-04-2023, 22:57)
Azərbaycan-Tacikistan əlaqələri fonunda İranın “qısqanclıq dalğa”sı

 Bu gün Azərbaycanın yürütdüyü xarici siyasət, Mərkəzi Asiya ölkələri, o cümlədən türkdilli ölkələrlə bütün sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, prezident İlham Əliyevin bu ölkələrə ardıcıl səfərləri və ya həmkarlarının ölkəmizə səfər etməsi heç şübhəsiz ki, münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.

İmzalanan sənədlər, bəyanatlar deməyə əsas verir ki, Azərbaycan bölgədə daha sürətli inkişafa, region ölkələrinin daha sıx əməkdaşlıq etməsinə çalışır.

Bu baxımdan da Prezident İlham Əliyevin aprelin 5-də Tacikistana səfəri, bu ölkənin başçısı Emoməli Rəhmonla görüşü, yaxın dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə real zəmin yaradır. Özü də bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir.

Deputat Elman Nəsirovun fikrincə, Azərbaycanın sürətli inkişafı və bölgədə nüfuzunun artması bəzi dairələri çox ciddi şəkildə narahat edir. Xüsusilə də farsdilli ölkə olan İran İslam Respublikasını.

Məlumdur ki, Tacikistan Mərkəzi Asiya ölkələri içərisində türk dövləti olmayan, İranla ortaq fars dilini, mədəniyyətini bölüşən yeganə ölkədir. Məhz bu səbədən də İran Tacikistanı özünə strateji tərəfdaş hesab edir. Amma heç şübhəsiz ki, bu belə Tacikistan-Azərbaycan dostluq münasibətlərinə kölgə sala bilməz. Çox uzağa getməyək. Elə götürək Ermənistanı. Ermənistan nəinki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycana qarşı hər hansı mövqe formalaşdıra bilmədi, heç bu təşkilatda öz dəsti-xəttini, mövqeyini, siyasətini yürüdə bilmədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin hər birinin Azərbaycanla yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətləri var. Çünki...

Bundan başqa, bu gün İran mediası var-gücü ilə çalışır ki, Azərbaycanı islam dininə qarşı olan ölkə kontekstində təqdim etsin. Amma birmənalı olaraq bəllidir ki, Azərbaycan dünyəvi dövlətdir, İslam dininə və ənənələrinə çox böyük hörmət bəsləyir. Bu Azərbaycanda dövlətin dini azadlıqları təmin etməsində, dindarlara öz dini etiqadlarını gerçəkləşdirmək üçün hər cür şərait yaradılmasında, məscidlərin tikintisində, bərpasında öz əksini tapır. İran isə dini öz çirkin siyasətinin alətinə çevirib, ayrı-ayrı ölkələrdə qarşıdurma yaratmaq, terroru dəstəkləmək kimi əməllərdə istifadə edir.

Bir sözlə bu gün Azərbaycan prezidentinin məhz farsilli dövlət olan Tacikistana səfəri bir daha sübut etdi ki, Azərbaycan millətindən, etnik mənsubiyyətindən və idarətetmə üslubundan asılı olmayaraq bütün dövlətlərlə  bərabər tərəfdaşlıq şəklində münasibət qurur. İrandan fərqli olaraq heç kimə qarşı düşmən mövqe sərgiləmir. Sadəcə ölkəmizə qarşı yürüdülən siyasət düşmənçilik elementlərini özündə əks etdirirsə, adekvat cavab verir.шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024