Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-03-2023, 08:45)
Fazil Mustafaya qarşı terrora Güney Azərbaycandan BAXIŞ - AKTUAL

Fazil Mustafaya qarşı terrora Güney Azərbaycandan BAXIŞ
Hər bir ölkənin kəşfiyyat orqanının özüməməxsus bir dəst-xətti var. Həyata keçirdikləri əməliyyatları bu dəst-xətdən tanımaq olur.
Mediatv.az  bildirir ki, bu sözləri Axar.az-a Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

O, İsrail, Türkiyə və İran milli kəşfiyyat xidmətlərinin işini müqayisəli şəkildə təhlil edib:

“İsrail rəqib ölkələrin daxilinə və sistemlərinin içinə sızmaqla bilgiləri əldə edir. Həmçinin, yüksək səviyyəli şəxsləri qarışıq əməliyyatlar vasitəsi ilə aradan götürür. Türkiyə kəşfiyatı isə PUA əməliyyatlarına üstünlük verir. Təşkilatların və qurumların içinə nüfuz edərək, məlumatlar toplayır. Sonra havadan PUA vasitəsi ilə vurur, yaxud da tutub, Türkiyəyə gətirir. İran kəşfiyyat xidməti mürəkkəb əməliyyatlardan daha çox sadə və cılız metodlara üstünlük verir. Sızmaq qabiliyyətləri çox yüksək olmadığı üçün ümumi yerlərdə bomba partladır, açıq şəkildə “Kalaşnikov”la, yüngül silahla sadə və günahsız insanlara hücum edir. Biz bunun nümunələrini Türkiyədə, Avropada görmüşük. Xidmət orqanları sıravi vətəndaşları hədəf seçirlər. Bəzən onları oğurlayıb İrana aparır, küçədə heç bir səbəb olmadan güllələyirlər”.

O bildirib ki, İranın bu metodu terror təşkilatları ilə eynilik təşkil edir:

“Bu dəst-xətt xidmət orqanının işindən daha çox, terror təşkilatlarının işinə bənzəyir. Çünki terror təşkilatları da eyni üsulla fəaliyyət göstərirlər”.

Cavadi millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin arxasında İranın dayandığını istisna etməyib:

“Millət vəkilinin güllələnməsinin arxasında İranın Azərbaycan daxilində yerləşdirilən “Hüseyniyyun” təşkilatının dayanması istisna edilmir. Çünki Fazil Mustafa bunların hədəfində ola biləcək şəxs idi”.
шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024