Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-02-2023, 09:02)
Əlican qapısında erməniyə `CAN` deyildimi? - Ekspert danışır

Əlican qapısında erməniyə `CAN` deyildimi?
"Ermənistanın xarici siyasətində hər hansı bir dəyişiklik yoxdur. Paşinyan öz hakimiyyətini qorumaq üçün manipulyasiya etməkdə davam edir".Mediatv.az bildirir ki, bunu "Sherg.az"a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
O diqqətə çatdırıb ki, Ayxan Hacızadənin səsləndirdiyi fikirlər əslində Azərbaycan dövlətinin mövqeyidir:

"Azərbaycan Xarici İşlər Nazirliyi dövlətin xarici siyasətini həyata keçirən bir qurumdur. Hətta son bir ildə daha çox fəallaşıb. Rəsmi İrəvan həqiqətən də, bölgədə sülhün bərqərar olmasını istəmir.

Bildiyimiz kimi, Ermənistan bir dövlət olaraq, əvvəl Rusiyanın əlində oyuncaq idi. İndi isə onun sahibləri çoxalıb: ABŞ, Fransa, İran təsiri var. Ona görə də bədbəxt Paşinyan çaş-baş qalıb. Adıçəkilən dövlətlərin maraqları kəsişmir. Yeganə ABŞ-la Rusiyadır ki, Qafqazda sülh istəməməklə maraqları üst-üstə düşür. Çünki ABŞ bölgəyə daxil olmaq, Rusiya isə çıxmaq istəmir. Vaxtilə Heredot deyib ki, "Müharibə atadırsa, sülh anadır". Yəni Azərbaycan ata kimi müharibə etdi. Amma Ermənistan ana kimi sülh yaratmaq niyyətində deyil. Bu qarşıdurma nə rəsmi Bakı, nə də rəsmi İrəvanın xeyrinədir.

Çünki sülh imzalanmadığı müddətcə bu cür fikirlər səslənməkdə davam edəcək. Azərbaycan 5 bənddən ibarət şərtlərini irəli sürüb. Üstündən xeyli vaxt keçəndən sonra Ermənistan indi öz təkliflərini edir. Onların içərisində yenə də Qarabağda “status” məsələsi var. Ermənistanın belə bir addım atmağa ixtiyarı yoxdur. Azərbaycan ərazi bütövlüyünü tanıyır və bu, ölkənin daxili məsələsidir. Bakı, Şəki, Gəncə və digər şəhərlərdə olduğu kimi, Xankəndi, Xocalı, Xocavənddə də eyni status olmalıdır. Dövlətin bir konstitusiyası, bir qanunu var. Cənab Prezidentin də elan etdiyi kimi, Azərbaycan qanunlarını qəbul edirlərsə, biz hər cür danışıqlara hazırıq".

C.Nuriyev vurğulayıb ki, adətən, bütün müharibələrin sonu sülhlə bitir:

"Ermənistan hazırda sülhü pozursa, cəzasını çox ağır çəkəcək. Rəsmi İrəvan Azərbaycanla dirəşə biləcəyini düşünür. Əvvəl daha çox Rusiyaya arxayın idi. İndiki vaxtda isə rəsmi Moskvanı satdığına görə şimal qonşumuz onun arxasından çəkilib. Nə rəsmi Tehran, nə də rəsmi Paris onu müdafiə edə biləcək. Görünür, sülh sazişinin gecikməsi düşmən ölkənin də ziyanınadır. Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Türkiyədə də danışıqların başlamasını istəyir. Türkiyə 30 ildən sonra sərhədi təsadüfi açmadı. Bu o deməkdir ki, rəsmi Ankara da Azərbaycanın maraqlarına uyğun hərəkət edir. Artıq "bir millət, iki dövlət" statusu Türkiyədəki zəlzələdən sonra "bir millət, bir dövlət" olub. Ermənistan ağlını başına yığmalıdır. Əks halda, dövlətçiliyini də itirər".

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Armenpress” xəbər agentliyinə müsahibə verib. O bildirib ki, Ermənistan ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir.
шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024