Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-05-2021, 12:10)
Moskva razılaşmasındakı Zəngəzur məqamı: Paşinyan imza atdığı sənədi unudub? - NƏ BAŞ VERİR?

Moskva razılaşmasındakı Zəngəzur məqamı: Paşinyan imza atdığı sənədi unudub?
ABŞ-ın Dövlət katibi Entoni Blinken və Fransanın Xarici İşlər naziri Jan İv le-Drian Dağlıq Qarabağ məsələsini müzakirə edib.

Danışıqların detalları barədə ətraflı məlumat verilmir. Ancaq Blinkenlə Le-Drianın daha çox son günlər Azərbaycan-Ermənistan sərhədində yaranmış mübahisəli vəziyyətlə bağlı fikir mübadiləsi apardıqları ehtimal olunur.

Qeyd edək ki, həm ABŞ Dövlət Departamenti, həm də Fransa rəhbərliyi Azərbaycanın guya Ermənistana hərbi müdaxilə etdiyinə dair iddialar irəli sürüb. Ancaq hər iki tərəf Ermənistanın və erməni diasporunun rəsmi müraciəti əsasında bu mövqedən çıxış edib. Reallıqda isə Azərbaycanın Laçın rayonun Ermənistanın Gorus rayonu ilə sərhəddə yerləşən Qaragöl su hövzəsi və onun ətraf ərazilərinin demarkasiyası zamanı heç bir hərbi qarşıdurma baş verməyib.

Azərbaycan öz tarixi ərazisi olan Qaragölü və ətrafındakı yüksəkliklərə nəzarəti bərpa edib. Ermənistan bunu Zəngəzura hərbi müdaxilə kimi qiymətləndirib.

Azərbaycan tərəfi isə SSRİ dövründə tərtib edilmiş xəritələr əsasında hərəkət etdiyini bildirib. Bundan sonra sərhədin müəyyənləşməsi məqsədilə Rusiya sülhməramlılarının komandanı, general Rüstəm Muradovun vasitəçiliyi ilə danışıqlar prosesi başlayıb.

Ona görə də siyasi ekspertlər hesab edir ki, silahlı qarşıdurmanın olmadığı bir halda siyasi ajiotaj yaratmaqla kənar dövlətlər regionda öz maraqlarını təmin etməyə çalışır.

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ və Fransanın xarici siyasət idarələri rəhbərlərinin Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı durumunu müzakirə etməsi hər iki ölkənin geosiyasi maraqları baxımından anlaşılandır:

“Hər iki dövlət ATƏT-in Minsk Qrupunun həmsədridir. ABŞ və Fransa 2020-ci ilin noyabr ayında və 2021-ci il yanvarın 11-də rəsmi Bakıya və İrəvana müraciət edərək dialoqun davam etdirilməsini, münaqişənin tamamilə həll olunması üçün danışıqların davamının zəruriliyini vurğulamışdılar. Çünki ABŞ və Fransa rəsmilərinin fikrincə, bölgədə tam sabitliyin və təhlükəsiliyin təmin edilməsi Azərbaycan və Ermənistan arasında mükalimələrin davam etdirilməsini, münaqişəyə son qoya biləcək hüquqi müstəvidə razılaşmanın əldə edilməsini özündə ehtiva edir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə münaqişənin bitdiyini deyib. Prezidentin bu fikri ilə razılaşmamaq mümkün deyil. Çünki Azərbaycan ərazisindən işğalçı qoşunlar çıxarılıb. Dağlıq Qarabağa siyasi statusun verilməsinə ehtiyac olmadığına dair Azərbaycanın birmənalı mövqeyi var. Görünür, bu mövqe ABŞ-ı və Fransanı qane etmir. Bu, onların öz işidir. Amma bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi infrastruktur layihələrinin həyata keçirilməsi və perspektivdə region ölkələrinə investisiyaların qoyulması baxımından anlaşılandır. Çünki iri kapital sabitliyin olmasını tələb edir. Bu baxımdan, ABŞ və Fransa iş adamlarının maraqları var”.

Ekspertin sözlərinə görə, digər tərəfdən, Azərbaycanın Moskva razılaşmasına uyğun olaraq atdığı addımlar, xüsusilə də Qaragöl ətrafında yaranmış narazılıqlar sərhədlərin demarkasiyası ilə bağlı məsələlərə aydınlıq gətirilməsini zəruri edir:

“Çünki Azərbaycan və Ermənistan dövlət müstəqilliyini elan etdikdən sonra iki ölkə arasında sərhədlər dəqiq müəyyənləşdirilməyib. Buna da Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və ərazi iddiası səbəb olub. Ancaq Zəngəzur tərəfdə sərhədlərin delimitasiyası və demarkasiyası anlaşılandır. Moskva razılaşmasında bu, öz əksini tapıb. Həm də nəqliyyat-kommunikasiya xətlərinin açılması tərəflər arasında əldə olunmuş razılaşmadan irəli gəlir. Ona görə də Azərbaycanın atdığı addımların və qəbul etdiyi qərarların heç biri nə beynəlxalq hüquqa, nə də Moskva razılaşmasına zidddir ”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Qasım Jomart Tokayevlə telefon danışı zamanı da Ermənistanla sərhəddə heç bir gərginliyin baş vermədiyini, sadəcə delimitasiya və demarkasiya prosesi ilə bağlı danışıqların aparıldığını bildirib.

Entoni Blinkenlə Jan İv le-Diran isə bu məsələni daha geniş müstəviyə çıxardaraq Dağlıq Qarabağ məsələsi kimi müzakirə predmetinə çevirib. Elşən Manafovun fikrincə, sərhəd məsələsi ətrafında yaranmış vəziyyətdən müxtəlif qüvvələr öz siyasi maraqları naminə isitfadəyə və siyasi ajiotaj yaratmağa çalışır:

“Danışıqların əvvəldən Rusiyanın vasitəçiliyi ilə aparılması ABŞ-da və Fransada birmənalı olmayan reaksiyalar doğurdu. Rusiya da ABŞ və Fransa kimi ATƏT-n Minsk Qrupunun həmsədridir. Lakin Rusiyanın münaqişə ilə bağlı proseslərə təsir imkanları ABŞ-dan və Fransadan daha çoxdur. Rusiya region dövlətidir və həm Azərbaycanla, həm Ermənistanla sıx iqtisadi, siyasi, mədəni əlaqələri, ticarət dövriyyəsi, Cənubi Qafqazda milli təhlükəsizlik maraqları var. ABŞ və Fransa bunu yaxşı başa düşür. Ancaq onlar revanş götürməyə çalışır və bölgə uğrunda geosiyasi rəqabətdə məğlub olmaq istəmədiklərini bu yolla nümayiş etdirir. Bu prosesdə Rusiyanın mövqeyi həlledici təsirə malikdir. Azərbaycan Prezidenti də qeyd etdi ki, Ermənistan iqtisadiyyatı bütövlükdə Rusiyadan asılıdır. “Ermənistanın dəmir yolları” deyilən bir ifadə yoxdur. Çünki Ermənistanın dəmir yolları Rusiyanın inhisarında və nəzarətindədir. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri səviyyəsində dəmir yolunun açılması istiqamətində danışıqlar aparılır. Sadəcə olaraq, Ermənistan tərəfi, xüsusilə Baş nazir Paşinyan bu məsələ ətrafında siyasi ajiotaj yaradır. Bu, parlament seçkiləri ərəfəsində Ermənistanın daxili auditoriyasına yönəldilmiş siyasi kampaniyadır. Paşinyanın ABŞ-a, Fransaya zəngləri, Putinə müraciət etməsi də həmin məqsədə xidmət edir. O, seçki ərəfəsində daxili ictimai rəylə işləmək və syasi divident qazanmaq istəyir. Yəni Paşinyanın ABŞ-a və Fransaya boylanması onun korporativ maraqlarından irəli gəlir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024