Cəmiyyət / Slayd (28-10-2022, 10:05)
Vəzifədən uzaqlaşıb elm yolunu tutan SABİQ MƏMURLAR - ARAŞDIRMA
Ölkəmizdə yüksək vəzifələr tutmuş məmurlar içərisində elmi fəaliyyətlə də məşğul olanlar kifayət qədərdir. Onlardan bir qismi vəzifə tutduğu vaxtlarda da elmi fəaliyyətini paralel olaraq davam etdirib. Bir çoxları isə vəzifədən uzaqlaşdıqdan sonra tamamilə elmə yönəliblər.
Mediatv.az bildirir ki, Bizim.Media fəaliyyətini elm yolunda davam etdirmiş sabiq məmurları araşdırıb.
Hacıbala Abutalıbov
2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, 2018-19-cu illərdə isə Baş nazirin müavini vəzifəsində çalışmış Hacıbala Abutalıbov da elmlə məşğul olmuş məmurlardandır.
O, 1988-ci ildən etibarən AMEA-nın Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri olub. Fizika-riyaziyyat elmləri doktoru, professor Hacıbala Abutalıbovun Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və bir çox dövlətlərin qabaqcıl jurnallarında 200-dən artıq elmi məqaləsi çap olunub. Bundan başqa, onun 30-dan çox elmi ixtiranın müəllifi olduğu da vurğulanır.
Misir Mərdanov
1998 - 2013-cü illərdə Təhsil naziri vəzifəsində çalışan Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutunun direktoru vəzifəsini icra edir.
Firudin Cəlilov
1992-93-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, xalq təhsili naziri, ali və orta ixtisas təhsili naziri vəzifələrini tutmuş Firudin Cəlilov icra hakimiyyəti strukturlarındakı vəzifələrini tərk etdikdən sonra tamamilə elmi fəaliyyətə yönəlib. Məşhur türkoloq filologiya elmləri doktoru, professordur.
Əvəz Ələkbərov
1999-2006-cı illərdə maliyyə naziri olmuş Əvəz Ələkbərov da nazir postundan ayrıldıqdan sonra elmi fəaliyyətini davam etdirənlər siyahısındadır. O, 2008-ci ildə doktorluq, 2019-cu ildə isə professor elmi adına yiyələnib. O, 2017-ci ildə təhsil sahəsindəki xidmətlərinə görə Prezidentin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına da layiq görülüb.
Qabil Hüseynli
1993-95-ci illərdə dövlət müşaviri olmur Qabil Hüseynli dövlət vəzifələri və siyasi mübarizəsilə yanaşı elmi fəaliyyətlə də məşğul olub. O, 1991-ci ildən fəlsəfə elmləri doktorudur. Hal-hazırda pedoqoji fəaliyyətlə məşğul olur.
Novruz Məmmədov
Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş Naziri təyin edilib, 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa verib. İstefasından bir ay sonra o, Azərbaycan Dillət Universitetinin prorektoru təyin edilib. Qeyd etməliyik ki, Novruz Məmmədov 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993–1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib. Filologiya elmləri doktorudur.
Heydər Əsədov
2013 - 2018-ci illərdə Kənd təsərrüfatı naziri olan Heydər Əsədov 2019-cu ilin aprelində Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib. O, 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. Təhsildə xidmətlərinə görə 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Səlim Müslümov
Keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2018-ci ildə 5 illik nazir postundan uzaqlaşdıqdan sonra Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub. O, iqtisad elmləri doktorudur. Hal-hazırda həbsdədir.
Əli Abbasov
2004 - 2014-cü illərədə Rabitə və yüksək texnologiyalar naziri olan Əli Abbasov bu vəzifəsini Azərbaycan Milli Elmlər Akademiyasında müşavir vəzifəsilə əvəz edib. O eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri, 2021-ci ilin yanvarından etibarən isə AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktorudur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024