Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-02-2023, 14:18)
Həbs olunan İran casuslarını hansı cəza gözləyir?

 “Həmin casus şəbəkəsinin dağıdılmasına konkret şəkildə yanaşsaq və əgər informasiya deyilən kimidirsə, onların cinayət işinin araşdırlması və işin aparılması birbaşa Dövlət Təhülkəsizlik Xidmətinə aid ola bir məsələdir”.

Mediatv.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Mehman Muradlı Azərbaycanda İran agenturasına işləməkdə şübhəli bilinən 47 nəfərin həbs edilməsi faktı ilə yanaşı onları hansı cəzanın gözləməsinə münasibət bildirərkən deyib.

M.Muradlı əlavə edib ki, bu əməliyyatları həyata keçirən Daxili İşlər Nazirliyi olub və nazirliyin özü bu şəxslərin əksəriyyətini saxlayıb:

“Sirr deyil ki, İran terror dövlətidir və terrorun da bir neçə qolu var. Bunlar da, əsasən, narkoticarətlə bu terorru həyata keçirirlər. Yəni Azərbaycanla bağlı olan sırf narkoticarətdir. Narkoticarətlə mübarizə də birbaşa Daxili İşlər Nazirliyinə aid olduğuna görə, həmin əməliyyatların keçirilməsi qanunidir”.

Vəkilə görə, həmin adamlara, əsasən, narkotik vasitələrin satışıyla bağlı ittiham olunur:

“Eləcə də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyatlarda İrana “kuryer” xidməti göstərən Azərbaycan vətəndaşlarıdır. Çünki həmin o 47 nəfərin hamısı bu işlə məşğul olub.

Mən belə məhkəmələrə çox çıxmışam və bütün bu işlərin hamısında İran vətəndaşlarının adı hallanır. Yəni ondan narkotik aldıq, burada satdıq və s. Əsasən də Biləsuvar sərhədində onlar tutulur. Çünki digər zonalara nisbətən orada sərhədi rahatca poza bilirlər. Bu baxımdan, əksəriyyəti narkotiki Biləsuvardan götürüb gətirirlər. Bununla yanaşı, Dövlət Gömrük Komitəsi də bu cür əməliyyatlar həyata keçirib”.

Müsahibimiz hesab edir ki, bu, terrorizmin yeni formasıdır:

“Hamı bilir ki, terrorizm silah gücünə olur, amma İranın Azərbaycana qarşı həyata keçirdiyi terrorizm yalnız narkotiklərlə bağlıdır. Azərbaycanda narkotiklərin satışı ilə məşğul olmağın cəzası 5 ildən 12 ilə qədərdir. Lakin orada Cinayət Məcəlləsinin 206-cı maddəsi (Qaçaqmalçılıq) də mövcuddur. O məsələləri də nəzərə alsaq, onları 14 ilə qədər cəzanın gözlədiyini demək olar”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024