Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (4-06-2021, 17:36)
Tanınmış jurnalist müəmmalı şəkildə itgin düşüb

 DogruXeber.az İnformasiya Agentliyinin redaksiyasına yaxınları tərəfindən verilən məlumata görə, tanınmış şair, jurnalist, hüquqşünas Raqif Nazimoğlu 2 iyun 2021-ci il tarixində günorta saatlarından itkindir.

O, ən son Ağsu Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovla görüşüb və bir yerdə olub. Həmin gün axşam saatlarında ailəsi ilə əlaqə saxlayan Raqif Nazimoğlu bildirib ki, o “Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

O, həmçinin bildirib ki, onu Səfər Məmmədovun sifarişi ilə İdarəyə gətiriblər və izahat verdikdən sonra 3-4 saat ərzində oradan buraxılacaq.

Həmin saatdan, hazırki tarixədək Raqif Nazimoğlu barəsində onun ailə üzvləri nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, nə də Səfər Məmmədovdan hər hansı səhih məlumat ala bilməyib.

Raqif Nazimoğlunun ailə üzvləri onun hüquqlarının müdafiəsini həyata keçirmək məqsədilə vəkillə müqavilə bağlayıblar. Raqif Nazimoğlunun vəkili Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yaxınlaşıb Raqif Nazimoğlu ilə görüşmək istədiyini bildirsə də, vəkilə və Raqif Nazimoğlunun ailə üzvlərinə əvvəlcə Raqif Nazimoğlunun idarədə olmadığı bildirilib. Sonradan onun İdarədə olduğu və görüş üçün şərait yaradılacağı bildirilsə də, bir müddət sonra yenidən bildirilib ki, Raqif Nazimoğlu İdarədə deyil. Vəkil və Raqif Nazimoğlunun ailə üzvləri idarənin qarşısında 12 saatdan çox gözləsələr də, İdarənin əməkdaşları onlara Raqif Nazimoğlu ilə bağlı dolğun məlumat verməyib və əksinə hər dəfə bir-birinə zidd məlumatlar verməklə, onlara qarşı kobud rəftar ediblər.

Vəkil tərəfindən Ombudsman Aparatına, Azərbaycan Respublikasının Baş Prokurorluğunun qaynar xəttinə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, eləcə də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına sözügedən hadisə ilə bağlı məlumat verilsə də, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Raqif Nazimoğlunun İdarədə olması faktını təsdiqləmir və vəkilinin onunla görüşməsinə şərait yaratmır.

Əlavə olaraq bildiririk ki, Raqif Nazimoğlu 1 may 1957-ci ildə anadan olub və hazırda 64 yaşı var. Baş nahiyəsindən cərrahiyyə əməliyyatı keçirmiş Raqif Nazimoğlunun səhhətində ciddi problemlər var. Onun ailə üzvləri Raqif Nazimoğlunun sağlamlığı ilə bağlı narahatlıq keçirirlər və 48 saatdan artıqdır ki, onun barəsində heç bir məlumat ala bilmirlər.

P.S: Redaksiyamıza daxil olan məlimatla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə telefon əlaqəsi saxladıq.
Nazirlikdən bizə bildirdilər ki, Raqif Nazimoğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində deyil.
İtgin düşən şəxsin yaxınları tərəfindən DİN-nin 102 xidmətinə məlumat verilməli olduğunu qeyd etdilər.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024