Siyasət (1-02-2023, 13:18)
Rüşvətə görə tutularaq bəraət alan keçmiş vəzifəli şəxslərlə bağlı hökm qismən ləğv edildi

Pravda.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Aşağı instansiya məhkəməsinin çıxardığı hökm qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Allahverdiyev səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər iki şəxs barəsində isə bəraət hökmü çıxarıb. Ş.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb. V.Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.
Qeyd edək ki, hər üç şəxs 2021-ci ilin fevralında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, qeyd olunan vəzifədə işləyərkən R.Allahverdiyev Ş.Mehdiyev və V.Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satıblar. Bunun müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alıb, öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf ediblər.
İş üzrə toplanan sübutlar əsasında R.Allahverdiyev, Ş.Mehdiyev və V.Məmmədova 1 fevral 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
R.Allahverdiyev və Ş.Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, V.Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025