Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-01-2023, 12:26)
“Münaqişəni hərbi yolla həll etməsəydik, torpaqlarımız hələ də işğal altında idi” – Millət vəkili

 













“Bütün bunlar bir daha onu göstərir ki, beynəlxalq hüquq işləmir və ayrı-ayrı dövlətlər, onların liderləri hələ də erməni lobbisinin təsiri altındadırlar”.
 














Bu fikirləri ABŞ başda olmaqla, əksər Qərb dövlətlərinin erməni təəssübkeşliyindən çıxış etmələri haqda danışan millət vəkili Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, baş verənlər dünyanın hüquq yox, güc vasitəsilə idarə olunuğunu bir daha təsdiqləyir:
“Baxın Azərbaycan torpaqları təqribən otuz il işğal altında qaldı, bu müddət ərzində həmin ərazilərdə bütün həyat şərtləri məhv edildi, ancaq ABŞ nə ölkə, nə də ATƏT-in Minsk qrupunun həmsədri olaraq bütün bunlara səsini çıxarmadı. Xankəndi-Laçın yolunda baş verənlərlə bağlı isə çox “operativ” davranaraq reaksiya verirlər.
Halbuki orada hər hansı blokadadan söhbət gedə bilməz. Azərbaycan ekofəallarının konkret tələbləri var və onlar bunun yerinə yetirilməsini istəyirlər. Amma Avropa İttifaqı bu məsələni önə çəkərək yanvarın 19-da Azərbaycan əleyhinə qətnamə qəbul edib, eyni zamanda, AŞPA-da da antiAzərbaycan müzakirələrinin aparılacağı gözlənilir. ABŞ dövlət katibi Blinken isə Azərbaycan Pprezidenti cənab İlham Əliyevə telefon açaraq bu məsələ ilə bağlı yersiz narahatlığını bildirir.
Bütün bunlar bir daha onu göstərir ki, beynəlxalq hüquq işləmir və ayrı-ayrı dövlətlər, onların liderləri hələ də erməni lobbisinin təsiri altındadırlar. Təsəvvür edin ki, ABŞ-nin bir sıra ştatlarında separatçı rejimin nümayəndəlikləri var. Onlar separatçıların ABŞ-yə səfərlərini və rəsmi şəxslərlə görüşlərini təşkil edirlər. Rəsmi Vaşinqton isə bütün bunlara göz yummaqla yanaşı, dövlət katibi səviyyəsində anlaşılmaz mövqe ortaya qoyur.
Baş verənlər bir daha təsdqləyir ki, müasir dünyanı hüquq yox, güc idarə edir. İnanın ki, biz beynəlxalq hüquqa söykənərək münaqişəni hərbi yolla həll etməsəydik, torpaqlarımız hələ də işğal altında idi. Ona görə də, Azərbaycan dövlətinin, onun rəhbərliyinin ərazilərimizi hərbi yolla azad etmək qərarının doğruluğu bir daha öz təsdiqini tapır”.шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024