Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-10-2022, 09:01)
"Tehranı hiddətləndirən məqam Gorus-Qafan yolunun nəzarətə götürməyimiz oldu"

 
"İranın Azərbaycana qarşı təxribatları ilk deyil. Hərbi təlimlərdən öncə də İslam Respublikası dəfələrlə ölkəmizə qarşı çirkin niyyətini müxtəlif tərzlərdə açıq nümayiş etdirib. Bu cür münasibətin bir neçə yöndən səbəblərini izah edə bilərik. Bu, ilk növbədə tarixi səbəblərlə bağlıdır. Fars dövləti imperializm siyasətinə tarixi saxtalaşdıraraq tarixən Azərbaycan torpaqları olan, hazırda 38 milyon soydaşımızın yaşadığı Güney Azərbaycanın ilhaqına bəraət qazandırmağa çalışmışdır".Mediatv.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Züriyə Qarayeva danışıb. Onun sözlərinə görə, ikinci önəmli səbəb iqtisadi amillərlə bağlıdır. Vaxtı ilə işğalda olmuş Azərbaycan torpaqlarından İran boz zona olaraq istifadə edərək qanunsuz malların, xüsusən narko-ticarət məhsullarının keçidini təmin edib. İşğal dönəmində tərəfimizdən İrana gömrük rüsumlarının ödənilməsi, məlum trayektoriyadan istifadə etməklə Avropaya çıxış yolu əldə edilməsi, bu yoldan nüvə reaktorları üçün başlıqların idxal olunması da sonradan İslam Respublikasının qərəzli yanaşmasına “töhvə” verib.

“Nəhayət, Tehranı Bakıya qarşı daha da hiddətləndirən məqam Gorus-Qafan yolunun nəzarətə götürülməsi oldu. Bu yol İranın Avropaya çıxışını təmin edən başlıca magistral yoldur və alternatv yolun çəkilməsi relyef, iqlim və maliyyə şərtləri baxımından optimal deyil. İran strateji baxımdan da bölgədə güclənən Türk ittifaqını öz siyasi varlığına qarşı təhdid olaraq görür. Tehranın torpaqlarımızın işğaldan azad olunma mərhələsində qısqanc münasibəti də, Zəngəzur dəhlizinə alternativ layihələr irəli sürməsi də ən başlıcası Türk xəttinin birləşməməsi missiyasına xidmət edir. Türkiyənin bölgədə aparıcı aktora çevrilməsi, Azərbaycanın qərb sərhədlərinin bütövlüyünü təmin etdikdən sonra cənub sərhədləriylə bağlı düşünə bilməsi ehtimalı əlbəttə ki, rəsmi Tehranı narahat edir” - deyən politoloq bildirib ki, digər tərəfdən məlum məsələdir ki, Türkiyə və Azərbaycan dəhliz vasitəsilə Naxçıvana quru yol, Türk dövlətləri ilə əlaqə və Çindən başlayaraq İtaliyayadək uzanan orta xəttin işə düşməsində maraqlıdır. Məhz Türk xəttinin bərpa olunmaması üçün İran Zəngəzur dəhlizinin praktiki əhəmiyyətini gördüyü halda maraqlarından ”ödünç" verməməyə çalışır. Üstəlik, dəhlizin açılması Naxçıvana quru yol deməkdir ki, bu amil İranın Azərbaycan üçün əhəmiyyətini azaldır. Elə ona görə də, İran Türkiyənin təklifindən ay yarım sonra “1 + 3” formatının ideyasını ortaya atdı.

Bütün bunlar İranın xarici siyasətində ciddi diplomatik yanlışlara yol verdiyini göstərir. Lakin Tehranın yalnışları yalnız xarici siyasətlə bağlı deyil. Daxili siyasətdə buraxılan kobud yanlışlıqlar bugün ölkədə ictimai vəziyyətin deqradasiyasına gətirib çıxarıb. İranda bundan öncə də dəfələrlə hökumətə, siyasi rejimə qarşı etirazlar olsa da, budəfəki iğtişaşlar həm kütləviliyi, həm də seçki periodunda keçirilməməsi ilə digərlərindən fərqlənir.

“Hakimiyyət islahatlara getmək əvəzinə etirazçıları təhqir edir, cəzalandırır, güc tətbiq edir, yaxın gələcəkdə SEPAH-ın müdaxiləsini planlaşdırır. İran islahat yolunu seçmək istəmir. Çünki, bir islahat növbəti dəyişikliyin edilməsini ardınca gətirə bilər. Xalqın istəkləri arta bilər. Bu da İran kimi güc rejiminə əsaslanan dövlətin siyasi varlığına ciddi təhdiddir” - deyə politoloq əlavə edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024