Siyasət / Slayd (13-09-2022, 08:36)
YENİ QİSAS əməliyyatına ZƏRURƏT VAR... - ÇAĞIRIŞ

Mediatv.az xəbər verir ki, bunu Reyting.az-a professor Qabil Hüseynli deyib.
Q. Hüseynlinin fikrincə, məhz bu nöqteyi- nəzərdən Azərbaycan tərəfi səbrlə hərəkət edir, vəziyyəti gərginləşdirmək məqsədilə əl-qolunu çırmalayan başıpozuqların üzərinə getmək istəmir: “Bu səbəbdən “Qisas-2”, “Qisas-3” kimi lokal xarakterli anti-terror əməliyyatlarını keçirməyə tələsmir”.
Q. Hüseynli diqqətə çatdırıb ki, əgər vəziyyət təhlükəli həddə çatarsa, sülhyaratma prosesinə baxmayaraq, Azərbaycan yeni qisas əməliyyatı keçirə bilər: “Bu, həm də Qarabağın dağlıq hissəsinə daxil olan Ruben Vardanyanın gəlməsi ilə də bağlıdır. Məncə, Azərbaycan tərəfinin əsas hədəflərindən biri bu tipi və dələduzu sıradan çıxarmaqdır. Bu iş Azərbaycan xüsusi qüvvələrinin qarşısında duran vəzifələrdən biridir və günün birində mütləq həyata keçiriləcək”.
Q. Hüseynli hərbi əməliyyatları qətiyyən istisna etmir: “Mümkündür ki, hətta sülhyaratma prosesindən, sülh müqaviləsi imzalandıqdan sonra da sərhəddə müxtəlif formada qarşıdurmalar bir müddət davam etsin. Amma bu, genişmiqyaslı əməliyyat mənasını vermir”.
Professor əlavə edib ki, hazırda Azərbaycan Ordusu Qarabağda strateji yüksəkliklərə nəzarət edir. Bu səbəbdən də separatçıların və Ermənistan ordusunun Qarabağın dağlıq hissəsində qalan tör-töküntülərinin qeyri-adi addımlar atması çətindir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025