Siyasət (6-08-2022, 09:42)
“Qırxqız və Sarıbaba yüksəkliklərinin Strateji əhəmiyyəti böyükdür!

Mediatv.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a nəzarətə götürülən strateji yüksəklilərin əhəmiyyətindən danışıb. O qeyd edib ki, “Qisas” əməliyyatı ilə azad edilən yüksəkliklər Laçın rayonuna, oradan keçən Laçın dəhlizinə ,eləcə də, rusların nəzarətində olan digər ərazilərə vizual və atəş nəzarətini təmin edir:
“Bundan başqa xatırlayırsınızsa, biz İkinci Qarabağ müharibəsinin əvvəllərində həm Talış, həm də Cocuqmərcanlı və bir sıra yüksəklikləri azad etdik. Bununla da Vətən müharibəsində ilk əks-hücum əməliyyatlarını məhz bu yüksəkliklərdən istifadə etməklə həyata keçirdik. Bu qələbəmizdə əvəzsiz rol oynadı. Odur ki, bundan sonrakı mərhələlərdə keçiriləcək əməliyyatlarda indi azad edilən Qırxqız və Sarıbaba yüksəkliklərindən də lazımınca istifadə olunacaq”.
Ehtiyatda olan polkovnik Elxan Qəniyev vurğulayıb ki, Qırxqız və Sarıbaba bütün Qarabağ zonasındakı ən böyük yüksəkliklərdəndir:
“Hər iki yüksəklikdən baxdıqda Qarabağın digər əraziləri də açıq-aydın görünür. Ordumuza eşq olsun ki, hadisələrin belə cərəyan etdiyi bir vaxtda bu cür mühüm strateji uğura imza atıb. Əgər sözügedən yüksəkliklər ermənilər tərəfindən ələ keçirilsə idi, Kəlbəcər, Şuşa digər ərazilər də onların ixtiyarında olacaqdı”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 05 2025
2 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025