Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-09-2020, 11:43)
I vitse-spiker Prezidentin BMT-dəki nitqini tarixi çıxış kimi dəyərləndirib

 Milli Məclisin I vitse-spikeri Əli Hüseynli Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışına münasibət bildirib.
Mediatv.az xəbər verir ki, Ə.Hüseynli qeyd edib ki, BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev BMT-nin bir təşkilat kimi fəaliyyətinə, pandemiya zamanı dünyada baş verən proseslərə, xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, həmçinin də Azərbaycanın bir dövlət kimi əldə etdiyi nailiyyətlərə obyektiv qiymət verib:  
"Cənab Prezident çıxışında bir daha Ermənistanın işğalçı mahiyyətini dünya ictimaiyyətinə çatdırıb. O, Ermənistan rəhbərliyinin avtoritar, mürtəce, insan hüquqlarına zidd siyasətinə baxmayaraq beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının buna göz yumduğunu söyləyib. Prezident həmçinin iyul ayında Tovuz bölgəsində Ermənistan hərbi birləşmələri tərəfindən törədilən təxribat zamanı bu ölkəyə xaricdən külli miqdarda silah-sursat ötürülməsini bir daha açıqlayıb və bunu sülh danışıqlarına ciddi zərbə vurduğunu göstərib.
Prezident həmçinin Azərbaycanın həm siyasi, həm  iqtisadi islahatlar çərçivəsində əldə etdiyi nailiyyətləri də diqqətə çatdırmışdır. Bununla yanaşı, o vurğulayıb ki, pandemiyadan sonrakı dövrdə bütövlükdə beynəlxalq münasibətlərdə yeni yanaşmalar və islahatlar aparılmalıdır".  
Əli Hüseynli əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələrinin icra mexanizminin yaradılması ilə bağlı təklifi və yeni yanaşma xüsusi əhəmiyyət kəsb edir. шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024