Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (19-06-2021, 09:30)
Yeni kütləvi yoluxma qorxusu… - NƏ ETMƏLİ?

Yeni kütləvi yoluxma qorxusu…
Azərbaycan gələn həftədən daha yeddi ölkənin – ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərin vətəndaşlarına qapılarını açır. Xatırladaq ki, iyunun 10-dan Rusiya və Türkiyə vətəndaşlarının hava yolu ilə ölkəyə gəlməsinə icazə verilib. Quru sərhədləri isə hələ ki qapalıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu qərarın verilməsini vaksinasiyanın əhatə dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşması ilə izah edib. Amma məsələ bundadır ki, bu ölkələrin bəzilərində koronavirusun Hindistan ştammı aşkarlanıb, Rusiyada isə yoluxmaların sayı kəskin artıb və bəzi şəhərlərdə hətta karantin rejimi sərtləşdirilib.

Rusiya mətbuatının yaydığı məlumata görə, pandemiyanın başlanığıcından bəri Moskvada rekord yoluxma qeydə alınıb. Belə ki, son 24 saat ərzində paytaxtda analiz götürülmüş 9056 nəfərdə COVID-19 infeksiyası aşkar edilib. Xatırladaq ki, buna qədər Moskvada gündəlik ən çox yoluxma ötən il dekabr ayının 24-də qeydə alınmışdı. Həmin gün səhiyyə qurumları 8204 nəfərdə virus aşkarlandğını elan etmişdilər. Bir gün əvvəl paytaxt meri Sergey Sobyanin şəhərdə epidemioloji vəziyyətin sürətlə gərginləşdiyini açıqlayıb. “Yoluxanların sayındakı artımları PCR testlərində görürük, xəstə sayı 3 mindən 7 minə yüksəlib. İlkin məlumatlara görə, xəstələrin sayı 9 mindən çox olacaq. Bu, üç qat artım deməkdir“,-deyə Sobyanin vurğulayıb. Mer əhali arasında virusun aqressiv Hindistan ştammının geniş yayıldığını nəzərə çatdırıb.

Təqdim olan rəqəmlər Rusiyada epidemioloji vəziyyətin fevral ayı səviyyəsinə qaytıdğını göstərir. İyunun 17-də açıqlanan məlumata görə, Rusiyada 17 262 yeni xəstə müəyyən edilib ki, bu da fevralın 1-dən bəri ən yüksək göstəricidir. Sankt-Peterburq Dövlət Universiteti riyaziyyatçılarının proqnozuna görə, pandemiyanın yeni dalğasının zirvəsi iyun ayının sonunda olacaq. Belə ki, bu zaman gündəlik yoluxma sayı 25 min nəfərə çata bilər. Yayın ilk ayında aktiv xəstələrin sayı da artaraq 580 min nəfərə çata bilər ki, bu da yeni rekord deməkdir.

Azərbaycan hökuməti isə yoluxmanın nəzarət altına alındığını bildirir. Operativ Qərargahın iyunun 16-də yaydığı məlumatda 27 yoluxma olduğu və ölüm faktının qeydə alınmadığı bildirilib. Amma sonrakı iki günün dinamikası yüksəkdir. Belə ki, iyunun 17-də 48 nəfərin yoluxduğu, iyunun 18-də açıqlanan məlumatda isə 60 nəfərin yolxuduğu, 2 nəfərin vəfat etdiyi qeyd olunub.

Xatırladaq ki, hökumət mayın 31-dən yumşalmalara gedib, iri ticarət mərkəzləri, idman və sağlamlıq mərkəzləri, ibadət yerləri, Metropoliten, şəhərlərarası nəqliyyat açılıb. Ölkədə peyvənd olunanların sayı 3 milyon nəfərə çatır ki, bu da hazırda əhali sayı nisbətində MDB-də ən yüksək göstəricidir.

Məlumdur ki, Rusiya azərbaycanlıların ən çox əlaqə saxladığı ölkədir. Orada təxminən 2 milyon azərbaycanlı yaşayır, işləyir və onların böyük bir hissəsi mütəmadi olaraq vətənə gəlib-qayıdır. Pandemiya ilə əlaqədar yollar bağlansa da, hazırda miqrasiya dinamikası yüksəkdir.

Bəs, Rusiyada epidemioloji vəziyyətin kəskinləşməsi Azərbaycana necə təsir edə bilər?

Həkim, farmakoloq Müşfiq Hüseynov “Press Klub”a bildirdi ki, bu, olduqca qəliz məsələdir, çünki sərhədləri açsan da, bağlasan da, virus hansısa yolla gəlib, ölkəyə çıxacaq. Ekspertin sözlərinə görə, Hindistan ştammı barədə nəsə demək çətndir, onun özəlliyi nədən ibarətdir, başqa ştammlardan fərqi nədir, o qədər də məlum deyil:

“Virus Moskvada geniş yayılıbsa, oradan hər gün Azərbaycana təyyarə uçur. Götürülən testlərin doğruluğuna da inanmaq olmaz. Rusiya vətəndaşlarının Azərbaycana gəlməsinə icazə varsa, Hindistan ştammı mütləq gəlib bizə də çıxacaq. Əlbəttə, hava, quru yolu bağlanmalıdır, necə ki, bağlanmışdı, amma nəticəsi olmadı, Azərbaycanda yoluxma geniş vüsət aldı”.

Hüseynov hesab edir ki, Hindistan ştammı gəlsə belə, payız aylarında yoluxma saylarında cüzi artım olacaq, onunla da mövzu bağlanacaq:

“Payıza qədər isə vəziyyət stabil olacaq, narahatlıq yaradacaq artımın olacağını düşünmürəm. Rəsmi açıqlamalara görə, “Pfizer” koronavirus infeksiyasının bütün ştammlarına qarşı təsiredicidir. Əhaliyə bu vaksin vurulsa, hansı problem ola bilər ki?!”

Hüseynov Rusiyada Hindistan ştammının yayılması ilə bağlı narahatlıqların siyasi spekulyasiya olacağını da istina etmir:

“Necə olur ki, Avropa COVİD-dən qırılıb batanda Rusiyada ticarət mərkəzləri açıq idi, bayram tədbirləri keçirirdilər, heç kim də maska taxmırdı. Necə oldu, Qazaxıstanda, Orta Asiyada bu ştamm yoxdur, amma onların üzərindən keçib gəlib, Rusiyada yayılıb?..”

Həkim qeyd etdi ki, keçən müddətdə ən effektli variant sürətli vaksinasiyaya gedib, nəticələri gözləmək olub: “Karantin və qapanma ilə bu işin çözümü yoxdur”.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə hesab edir ki, Rusiya vətəndaşlarına hava yolu ilə Azərbaycana səyahət etməyə icazə verilməsi tələsik qəbul edilmiş qərardır. O, Rusiyanın bir çox şəhərlərində, o cümlədən paytaxt Moskvada hökumətin məhdudiyyətlər tətbiq etdiyini və hətta həftəsonu küçəyə çıxmaq qadağası haqda düşündüklərini deyir:

“Rusiyada gündəlik yoluxma rəsmi hesabla 14-15 min ətrafındadır və Rusiyada koronavirusdan ölən şəxslərin üçdə biri Hindistan ştammından vəfat edir”.

Həkimin sözlərinə görə, mütəxəssislər koronavirusun Hindistan ştammına qarşı peyvəndlərin çoxunun effektiv olmaması qənaətindədirlər: “Ona görə də Rusiya ilə hava sərhədlərinin açılması tələsik qərar idi”.

V.İsmayıl yerdə qalan səkkiz ölkədə, xüsusilə Avropada vəziyyətin nəzarət altına alındığını qeyd edir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024