Dünya (22-09-2020, 12:23)
Gürcüstanda yoluxma 200-ü keçdi - Qonşu ölkələrdə son vəziyyət
Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.Mediatv.az “StopCov” portalına istinadən xəbər verir ki, son 24 saatda 218 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 3913-ə çatıb.
Sutka ərzində daha bir nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 21-ə çatıb. 40 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 1 574-dür.
Rusiyada isə son bir gündə 6 215 yeni yoluxma faktı qeydə alınıb.
Koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 160 pasiyent ölüb, 5 976 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 1 115 810 insan koronavirusa yoluxub.
Ermənistanda daha 115 nəfərdə COVID-19 aşkarlanıb, 2 nəfər vəfat edib.
Bununla da ölkədə koronavirusdan ölüm sayı 938-ə çatıb.
Ümumilikdə 47 667 koronavirusa yoluxma qeydə alınıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025



























