Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (13-08-2015, 21:10)
Tibb Universitetində yeni doğulan körpədə mürəkkəb əməliyyat icra olunub

Tibb Universitetində yeni doğulan körpədə mürəkkəb əməliyyat icra olunub
Bu günlərdə Azərbaycan Tibb Universitetinin həkimləri növbəti mürəkkəb 
əməliyyatı uğurla həyata keçirməklə daha bir körpənin həyatını xilas 
ediblər. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında anadangəlmə 
inkişaf qüsuru olan uşaq üzərində bağırsaq əməliyyatı icra olunub.
Azərbaycan Tibb Universitetinin (ATU) uşaq cərrahiyyəsi kafedrasının 
assistenti, tibb üzrə fəlsəfə doktoru Vüqar Məhəmmədovun sözlərinə görə, 
uşaq avqustun 4-ü doğulub, bir gün sonra isə əməliyyata alınıb. Körpənin 
bağırsağında ciddi qüsur - atreziya olubmuş: “Bu haqda hələ uşaq 
doğulmazdan öncə məlumatımız vardı. Çünki antinatal ultrasəs müayinə 
zamanı bu problemi aşkarlayıb körpənin valideynlərinə məlumat vermişdik. 
Yəni, biz artıq əməliyyata hazır idik”.
Körpə 38 həftəliyində 1kq 940 qr çəki ilə dünyaya gəlib. Bir gün sonra 
ATU mütəxəssisləri onu əməliyyat ediblər. Saat yarım davam edən 
əməliyyat zamanı nazik bağırsaqda anadangəlmə inkişafüstü atreziyanın 
“3B” adlandırılan ən ağır forması aşkar olunub. Bu, nazik bağırsağın ən 
yuxarı hissələrinin atreziyasıdır. Belə ki, uşaqda inkişaf pozğunluğu 
nəticəsində bağırsağın hər iki ucunun kor qurtarması kimi patalogiya 
aşkarlanıb. Təəssüf ki, digər atreziya formalarına nisbətən “3B” 
formasında ölüm göstəricisi daha yüksəkdir. Bu diaqnozla doğulan 
uşaqların 50-60%-də ciddi fəsad və ya ölüm hallarına rast gəlinir.
V.Məhəmmədovun sözlərinə görə, əməliyyat ümumi anesteziya altında 
aparılıb və uğurla həyata keçirilib: “Əməliyyatdan sonra körpə neonatal 
intensiv terapiya şöbəsinə yerləşdirilib. Bir həftə ərzində uşağı süni 
yolla - damarla qidalandırdıqdan sonra artıq təbii qidalandırmaya 
keçmişik. Demək olar ki, kritik günlərimiz arxada qalıb. Hazırda uşağın 
vəziyyəti stabildir. Qarın boşluğundakı kateter çıxarılıb. Əgər hansısa 
problem yaranmasa, qidalanmanı tədricən artırmaqla, xəstənin tam 
normallaşmasına nail olacağıq”.
 
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024