Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 19:06)
Valideynlə lisey rəhbərliyi arasında mübahisə böyüyür

Məktəbin direktoru İlahə Carçıyevanın məktəbdə baş verən hadisələrlə bağlı verdiyi açıqlama real vəziyyətə uyğun gəlmir. Məsələyə sadə məntiqlə yanaşdıqda aydın olur ki, əgər sinifdə baş vermiş hadisəyə məktəb rəhbərliyi vaxtında və düzgün qaydada müdaxilə etsəydi, bu məsələ valideyn səviyyəsinə qədər çatmazdı”.
Bunu Demokrat.az-a açıqlamasında Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-liseyin şagirdləri arasında baş verən incidentdən şikayətçi olan valideyn deyib.
Onun sözlərinə görə, direktorun açıqlamasında qeyd olunur ki, guya müəyyən tarixdə onun iştirakı ilə məsələnin həllinə cəhd göstərilib, akin faktiki olaraq, qız şagirdin anasının iştirakı olmadan direktor müavini Naibə Kərimli və oğlan şagirdin anası direktorun otağına daxil olublar, daha sonra baş verən hadisələr məktəbin əvvəlki açıqlamalarında təhrif olunmuş şəkildə təqdim edilib:
“Uşaqları dərs otağından çıxararaq başqa otağa aparan direktor müavini Naibə xanımın və oğlan şagirdin anasının bu hərəkəti məktəbin dəhlizlərində quraşdırılmış video-müşahidə kameraları vasitəsilə asanlıqla sübut oluna bilər. Belə faktların gizlədilməsi və ya təhrif edilməsi yolverilməzdir.
Bundan əlavə, Naibə Kərimlinin qızlarım hadisəyə aydınlıq gətirməyə çalışarkən “kəs səsini” kimi qeyri-etik ifadələr işlətməsi, eləcə də oğlan şagirdinin anası “bura polis çağırardım” və “bunlar sənin düşmənlərindir (ВРАЖДЕБНЫЕ)” kimi təhdidedici sözlər səsləndirməsi təhsil mühitində tamamilə qəbuledilməzdir. Direktor müavininin bu davranışlara şərait yaratması məktəbdə etik prinsiplərin, obyektivliyin və pedaqoji dəyərlərin ciddi şəkildə pozulduğunu göstərir. Belə şəraitdə sağlam tədris və tərbiyə mühitindən danışmaq mümkün deyil.
Məktəbin açıqlamasında bildirilir ki, “Sonda şagirdlərə izahat yazdırılıb və onların yazısı ilə tanış olmaq üçün valideynlərə təqdim olunub.”
İlahə Carçıyeva da etiraf edir ki, əvvəlki qeyd etdiyimiz kimi, bizim iştirakımız olmadan direktor müavini Naibə Kərimlinin və oğlan şagirdin anasının iştirakı ilə övladlarımı ağladaraq izahat yazdırılıb.
Bu hal həm hüquqi, həm də etik baxımdan ciddi suallar doğurur. Şagirdin valideyninin izni olmadan ondan yazılı izahat tələb olunması “məcburiyyət” kimi qiymətləndirilə bilər və bu, məktəbdə tərbiyə və intizam tədbirləri çərçivəsində etik-hüquqi məsuliyyət yaradır. Nəticə etibarilə, məktəbin öz açıqlaması belə, qızlarımın hüquqlarının kobud şəkildə pozulduğunu dolayısı ilə təsdiq edir”.
Xatırladaq ki, Bakının Nəsimi rayonu ərazisində, Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-liseyin 6C sinfində şagirdlər arasında insident olub.
Valideynin iddiasına görə, hadisə baş verdikdən sonra məktəb rəhbərliyi dərhal tədbir görməyib, valideynlərin israrından sonra görüş keçirilib, məktəb rəhbərliyi uşaqları valideynlərin icazəsi olmadan başqa sinfə aparıb və psixoloji təzyiq göstərib, səsyazma aparıblar.
Lakin liseyin direktoru açıqlamasında şikayətin əsassız olduğunu, problemin şagirdlər arasında yox, valideynlər arasında olduğunu bildirmişdi.
шаблоны для dle 11.2

Xəbər lenti
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025