Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (8-12-2014, 21:48)
Xədicə İsmayılı tutduran şəxsin atası ilə- Müsahibə

 

AzadlıqRadiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılı həbs etdirən Tural Mustafayevin atası Bulud Mutafayev aznews.az-ın suallarını cavablandırıb. 

 

“Qafqazinfo” həmin müsahibəni təqdim edir: 

-Oğlunuz bir neçə dəfə intihara cəhd edib. Nişanlısının sözlərinə görə, Tural Mustafayevin psixoloji problemləri var. Bu barədə nə deyə bilərsiz?

- Bu 30 il müddətində onda elə bir narahatlıq gösməmişik. Sadəcə olaraq son hadisələrlə bağlı, qısqanclıq və şəxsi münasibətlər zəminində sıxışdırmalar Turalı özünə qapalı edib. İndi isə özünü çox yaxşı hiss edir. 

-Bir müddət əvvəl belə bir məlumat yayıldı ki, o, kreditə götürdüyü maşını yandırıb. İndi həmin krediti siz ödəyirsiniz...

-Deyilənlər cəfəngiyatdır. O, aldığı maşını satıb. Yəqin ki, yanmış maşın qeydiyyatdan keçərdi. Ya polis idarəsində, ya da Fövqəladə Hallar Nazirliyi bununla bağlı nəsə edərdi.

-Oğlunuzla bir yaşayırsınız?

-Əlbəttə oğlumla bir yaşayıram. Onu yaşadığı ərazidə savadlı, mədəni, peşəkar jurnalist kimi tanıyırlar. Şərəf və ləyaqətinə görə hörmət edirlər. Sadəcə son günlər qısqanclıq zəminində, şəxsi münasibətdə bəzi xoşagəlməz hallar olub. Xədicə İsmayıl ona qəyyumluq edib, öz yanına aparıb. Mən sonralar bilmişəm ki, Tural Bakıya gedəndən Xədicənin evində onunla birlikdə yaşayırmış. Xədicə ona qəyyumluq edirmiş. Bir müddətdən sonra onlar arasında qısqanclıq zəminində münaqişələr başlayıb. Daha sonra Tural harda işləməyə gedibsə, orda təzyiqlərə məruz qalıb. 

Onu birinci ailəsindən də boşandırıdılar. Hansı ki, gözəl ailəsi, uşağı var idi. O vaxt bildirmirdi, amma ailəsi dedi ki, ola bilər onu kimlərsə tora salıb. Can deyib, can eşidirdilər. Xədicə ilə münasibətləri korlananda isə hara getdi ona iş vermədilər. İşlətdilər, pulunu da vermədilər. 

-Oğlunun nişanının qaytarılması düzdürmü?

-Nişanlısı ilə Xədicə İsmayılın vasitəsilə tanış olublar. 8 martda Xədicə İsmayıl yığıncaq keçirəndə həmin qız da ora gəlib. Yemək yeyəndən sonra Xədicə deyib ki, dur gedək evə. O zaman Tural həmin qızla işi olduğunu söyləyib. Sonra həmin qıza ciddi münasibətinin olduğunu bildirib, onunla ailə qurmaq istədiyini deyib. Bu zaman qız deyib ki, mən ailəli adamla görüşə bilmərəm. 

- İşi ilə bağlı hansı problemlər yaranmışdı?

- Sonuncu dəfə Meydan TV-də işləyəndə ona təzyiqlərə məruz qaldı. Hətta maaşını da vermədilər. Onu acınacaqlı vəziyyətə salıblar, təhqir ediblər. Sonda özünü intihar həddinə çatdırıblar. Hələ bir vaxt mən də ona dedim ki, sən bir iş tapıb işləyə bilmirsən? Jurnalist adamsan, bir müddət ANS də işləmisən, Kanal S-də çalışmısan, təcrübən var, əlindən hər iş gəlir, hamı tanıyır. Mənə cavab verdi ki, sən bilmirsən, mənim üstümdən xətt çəkiblər, heç yerdə işləməyə qoymurlar, təhqir edirlər, alçaldıcı sözlər öyrədib yazırlar. Dedim ki, ay bala dözmək lazımdır, həyatdı, sən bilmirdin kimlərlə oturub-durursan? Vəziyyət elə gətirdi ki, onlarla necə mübarizə aparmağı bilmədi və siçan zəhəri içib, özünü öldürməyə çalışdı. Amma Allah saxladı.

-Tural Mustafayevin nişanının qaytarılması barədə deyilənlər, necə düzgündürmü? 

-Turalın nişanı qaytarmayıb. Hazırda da nişanlıdır. Onların hamısı rəfiqə olduğuna görə, çalışırlar ki, Turalın əsəblərini pozsunlar. Tural da mədəni adamdır, nəsə kobudluq, söyüş söymək kimi təhqirlərə əl atan deyil. Rövşanə Rəhimovanın orda yazdığı məsələ də aydın deyil. İndi də bizim üzüyümüz onun barmağındadır. Özüm də məəttəl qaldım ki, bu hansı məzhəbə qulluq edir. 

-Nə zaman toy etməyi düşünürsünüz?

- Nişan qayıtmış olsaydı, bizə təqdim olunardı. Hesab edirəm ki, o hansısa qüvvələrin təsiri ilə bu addımı atır. Qurban bayramında bayramlaşmaq üçün görüşdük. O zaman toy söhbətini də saldıq. Dedik ki, vaxtını təyin edək. Qızın anası Turalın işsiz olduğunu deyib bir az gözləməyi məsləhət bildi.

-Oğlunuzun özünə qəsd etməsini bilirdinizmi?

-Tez-tez əlaqə saxlayırdıq, hal-əhval tuturdum. Hadisə törənənə bir saat qalmış soyadını bilmədiyim Samirə adlı hüquqşünas mənə zəng etdi ki, Tural mənə deyir özünü öldürəcək. İki dəfə Turalı yığdım, düşə bilmədim. Sonra həmin qız telefon açdım. Dedim ki, ay qızım ona zəng çatmır. Yenidən Samirədən mənə mesaj gəldi ki, Tural siçan zəhəri içib, özünü öldürdü. İndi həmin vaxt mənim vəziyyətimi başa düşün. Mən də yığıldım. Sonra başladım dalbadal zəng etməyə. Yenidən Samirəyə zəng etdim ki, siz Allah mən kənddəyəm, 103-ə zəng edin, kömək edin ona. Dedi ki, edəcəyəm. Doğurdan da onu xəstəxanaya çatdırdı. Yenidən Turalın iki nömrəsinə də zəng etdim. Bir neçə zəngdən sonra bir nəfər telefonu qaldırdı. Telefonu götürən kimi sevindim ki, Turalın səsini eşidəcəm. Amma həmin adam dedi ki, telefonun yiyəsinin ağzı köpüklənib , nəfəsi kəsilib. Dedim qardaş, Allahdan ümid üzülmür Təcili Tibbi yardıma müraciət edin. İkinci dəfə zəng edəndə həmin adam dedi ki, Onun vəziyyəti ağırlaşıb. Dedim kimsən, cavab verdi ki, Bulvar işçisiyəm adım Hakimdir. Yalvardım ki, Təcili Yardımla xəstəxanaya aparsa adını deyin mən gələ bildim. Onu belə bilmişəm.

- Xədicə İsmayıl sizin oğlunuzun iddiaları əsasında tutulub. Siz buna normal baxırsız? 

-Sən daş atmısan həmin daş mənim başıma dəyib, başımı yarıb, qanım axır. İddiamı göstərməliyəm ki, daşı mənə kim atıb. Mən hara qaçım, nə edim? Bu ölkədən qaçmağa məcburam, mən Azərbaycanda doğulmamamışam, buranın övladı deyiləm?

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024