Region / Slayd (23-03-2021, 12:00)
Müdir iş otağında sərxoş vəziyyətdə soyundu – ŞOK VİDEO
Siyəzən Rayon Poliklinikasının təsərrüfat müdiri Nadir Əsədovun işdə yol verdiyi qanunsuzluqlar və etik davranış qaydalarına ziddi olan əməllərlə bağlı rayon sakinləri 7times.az-a məlumat veriblər. Onlar bildirib ki, həmin şəxsin hərəkətləri barədə dövlət qurumlarına da müraciət ediblər. Bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmadan sonra poliklinikanın baş həkimi Əhməd Quliyev vəzifəsindən azad olunub. Amma Nadir Əsədov barəsində heç bir tədbir görülməyib. Şikayətçilərə onunla bağlı araşdırma aparıldığı bildirilib.
Hətta bu barədə Siyəzən RİH-nin başçısı Novruz Novruzova da məlumat verilib. İcra başçısı sakinlərə bildirib ki, bu haqda əllərində olan foto və video faktları heç yerdə paylaşmasınlar.
“Birinci növbədə sizdən xahiş edirəm, ikinci növbədə isə agah edirəm, bu video ictimailəşsə, məndən inciməyin”
Mediatv.az həmin videogörüntüləri sizə təqdim edir: