Region (20-09-2014, 12:56)
Azra Akın: “Robot deyiləm“
“Səhv salmayın, o sözləri mən demirəm”
2002-ci ilin Türkiyə və Dünya gözəli Azra Akın “Hürriyet” qəzetinə müsahibə verib.
Model-aktrisa çəkildiyi yeni “Çilek” filmi ilə bağlı sualları cavablandırıb. Axşam.az türkiyəli gözəlin həmin müsahibəsini ixtisarla təqdim edir:
- İki ildir ki, görünmürdünüz...
- Erkən yaşlarımdan çox işləmişəm. Həyatda bəzi anların fərqinə vardım və onların nə qədər qiymətli olduğunu dərk etdim. Səyahətə çıxdım, mənə maraqlı gələn işlərlə məşğul oldum, çoxlu kitab oxudum.
- “Çilek” bir qədər hərəkətli filmdir. Sizdən Tomb Rayder çıxar?
- Niyə də olmasın? Hərəkətliliyi sevən bir qadınam. Keçmişdə çəkildiyim ekran işlərində də dublyor olmadan ata mindim, hətta 6-cı mərtəbənin eyvanından sallandım.
- Yeni filminiz nədən bəhs edir?
- Burada bir qaçış hekayəsindən danışılır. İnsanların xəyallarının ardınca qaçmağa çalışdıqlarını təsvir edir.
- Burada sizin rolunuz nədir?
- Mən Çilək obrazını canlandırıram. Çox fərqli bir qadındır. Uzun zamandır belə bir rol axtarırdım. İndi özümü çox xoşbəxt hiss edirəm.
- Filmdə ədəbsiz sözlər işlədirsiniz. Azra Akın da belə danışa bilir?
- Səhv salmayın, o sözləri mən söyləmirəm, Çilək deyir.
- Şəxsi həyatınızda heç belə sözlər işlədirsiniz?
- Təbiətimə uyğun gəlməz. Amma robot da deyiləm.
- Bir təcavüz səhnəniz var. Bəzi aktrisalar belə səhnələrdən sonra günlərlə depressiyaya düşdüklərini deyirlər. Bəs, sizə necə təsir edir?
- Ola bilər. Amma mənim təcrübəmdə belə bir şey baş verməyib.
- Filmdə silah gəzdirir, adam öldürür, ədəbsiz sözlər işlədir, təcavüzə uğrayırsınız. Fərqli bir Azra Akın görürük...
- Belə rolların karyerama çox gözəl təsirini gördüm. Başqa xarakterləri kəşf etmək mənə müstəqillik verir. Hazırda Berlində və Hollandiyada iki filmin ssenarisini oxuyuram. Onlar da bir-birindən fərqlidir.
-Türkan Şoray kimi “heç vaxt öpüşüb, sevişmərəm” qaydalarınız var?
-Xeyr. İçimdəki səsi dinləməyi sevirəm. Əgər ssenari xarakterin tanınmasına xidmət edirsə, niyə də belə səhnələr olmasın?
- Filmdə mahnı söyləyirsiniz. Albom çıxarmaq təklifi gəlsə, qəbul edərsiniz?
- Yeni təkliflərə və fikirlərə hər zaman müsbət yanaşıram. “Çilek”dəki təcrübəmə görə çox sevindim.
Xatırladaq ki, türkiyəli müğənni Halil Sezainin prodüserliyi ilə çəkilmiş “Çilek” filminin qala gecəsində ifaçı ilə jurnalistlər arasında gərginlik yaşanmışdı.
Belə ki, jurnalistlərin “Təşkilatçı Ərkan Özerman deyir ki, Azranın ayağı düşərli deyil, hansı layihədə olursa, həmin iş reytinq toplamır” sözlərinə əsəbləşərək qala gecəsini yarımçıq tərk etmişdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024