Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (17-08-2020, 09:42)
Ucar sakinləri bu məmurdan şikayətçidirlər... - VİDEO




 Ucar rayonu Müsüslü kənd sakinləri tərəfindən Mediatv.az-ın elektron poçtuna  şikayət ərizəsi ünvanlanıb. Narazı sakinlər yazırlar:

"Ucar rayonunda bir qrup vəzifəli şəxslər əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluqla məşğul olurlar ki, nəticədə də çoxlu sayda vətəndaşlar əziyyət çəkirlər.
İlk olaraq hörmətli prezidentimiz İlham Əliyevə minnətdarlığmızı bildiririk ki, Ucar rayonu Müsüslü kəndinin asfalt örtüyünün tikintisi üçün dövlər büdcəsindən pul ayırdı.
Ancaq çox təssüf olsun ki, 22 saylı Yol İstismar İdarəsinin müdiri Fizuli Hacıyev Müsüslü kəndinə çəkiləcək asfalt yolun layihəsini öz maraqlarına uyğun dəyişərək qanusnuzluğa yol vermişdir.Müsüslü kəndinə çəkiləcək yolun ilkin layihəsində əsas (ana yol) yol kimi bu ərizəni imza edən vətəndaşların yaşadığı ərazidən keçməsi nəzərdə tutulsada sonradan Fizuli Hacıyev saxtakarlıq edib lahiyəni dəyişib işlək olmayan köməkçi yolun asfalt örüyü çəkilməsini təmin etdi.
22 saylı Yol İstismarı İdarəsinin müdiri Fizuli Hacıyev bu qanunsuzluğu ona görə edib ki, həmin köməkçi yolun ətrafında onun qohumlarının, ən əsası özünü Müsüslü kəndinin xanı elan etmiş Ucar rayon Mədəniyyət İdarəsinin müdiri Alı Babayevin evi var.Qeyd edək ki, 22 saylı Yol İstismarı İdarəsinin müdiri Fizuli Hacıyevin əsli Müsüslü kəndindəndir.
Ancaq qanunu layihədə göstərilən əsas yolun keçdiyi ərazidə isə çoxlu sayda evlər var. Fizuli Hacıyev yol tikintisi başlanmzadan əvvəl biz sakinlərə bildirdi ki, layihədə asfalt örtüyü sizin yaşadığınız yol keçən əraziyə çəkiləcək çünki əsas yol kimi bura nəzərdə tutulub.
Ancaq yol tikintisi başlayan zaman bizə məlum oldu ki, Fizuli Hacıyev həqiqətən deylən kimi saxta işlərlə qanunsuz fəaliyyətlə məşğul olurmuş.22 saylı Yol İstismarı İdarəsinin rəisi Fizuli Hacıyev prezident cənab İlham Əliyevin sərəncamına əsasən Msüslü kəndinin yol tikintisi üçün ayrılmış vəsaitin düzgün xərclənməsinədə əngəl yaradıb.Bu isə korrupsiya əməlidir ki, araşdırlmasına zərurət var.Çünki layihəyə əsasən yolun eni 8-9 metr olsada hazırda 5 metrdir, yolun tikintisi üçün torpaq və çınqıl əsas düzgün inşa edilməyib, ayrılmış vəsait təyinatı üzrə xərclənməyib.Tikinti zamanı yolun kənarında çoxlu sayda yaşıllıq zolağı məhv edilib, su kanalına çınqıl və torpaq tökülərək məcrasını daraldıb.Yol hələ tikilib başa çatmayıb istifadəyə verilməyib indidən bəzi yerləri dağlıb uşub.
Əsas yolun asfalt örtüyü ilə təmin olunmasına dair layhənin dəyişdirlmısində rolu olanlar Ali Babayev Ucar rayon Mədəniyyət İdarəsinin müdiridir, Fuad Bəbirxanov isə keçmiş icra nümayəndəsi hazırda isə deputat köməkçisidir.Bu iki şəxsin sifarişinə əsasən Fizuli Hacıyev Müsüslü kəndinin yol tikintisi layihəsini saxtakarlıq edib dəyişmişdir.
Hörmətli Prezident sizdən xahiş edirik şikayət ərizəmi bizim iştirakımızla yerində araşdırılsın qanunsuzluğa yol verib dövlət vəsaitini təyinatı üzrə xərcləməyən, yol tikintisində qanunsuzluğa, saxtakarlğa yol vermiş 22 saylı Yol Tikinti İdarəsinin müdiri Fizuli Hacıyevin barəsidnə qanunu tədbirlər görəsiniz və bizim yaşadığımız əsas yolun asfalt örtüyü ilə təmin edilməsinə tapşırıq verəsiniz".

Müraciəti Ucar rayonu Müsüslü kənd sakinləri adından aşağıdakı şəxslər imzalayıb:

1.Qədirov İsmayıl Məhəmməd oğlu - şəhid atası
2.Rəsulov Mətləb Qarakişi oğlu (050) 407-65-68
3.Qasımov Bahadur Qasım oğlu
4.Qasımov Mübariz Güləhməd oğlu
5.Qasımov Qurban Zöhrab oğlu
6.Rəsulov Məzahir Şaiq oğlu
7.Həmidov Abdulhəmid Musa oğlu
8.Həmidova Ulduzə Həmid qızı
9.Sadıxov Abduləli Musa oğlu
10.Həmidov Asif Şaiq oğlu
11. Səmədov Hasil Əlihüseyn oğlu
12.Allahverdiyev Aqil Əmanət oğlu
13.Məcidov Mirdamət Məcid oğlu
14.Həmidov Samir Fəti oğlu
15.Rəsulov Şahin Mirzə oğlu
16. Rəsulov Hümmət Namət oğlu
17.Alıyev Sabit Əlipaşa oğlu
18.Məmmədov Eyni Seyfulla oğlu
19.Məmmədov Bəylər Qərib oğlu

İddia olunanlarla bağlı  qarşı tərəfi də dinləməyə hazırıq...




шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024