Region / Slayd (22-04-2020, 09:39)
Ağstafada nə baş verir?
Jurnalist Əvəz Zeynallı Ağstafa rayonundan daxil olan şikayəti ictimailəşdirib. Pravda.az-ın xəbərinə görə, şikayətdə qeyd olunub:
"Ağstafa rayonu 2 xanıma qalıb - vur çatlasın, çal oynasın. Bir neçə gün əvvəl sizə yazmişdım, amma bu xanımlar heç nəyi vecinə almırlar. Bunlar "qara maska"lılardan da qorxmadılar. Cindirlər-şeytandırlar, bilmirəm. Söhbət gedir İcra Hakimiyyətinin müavini Lalə Eyyubova və Səhiyyə şöbəsinin müdiri Fatma Vəliyevadan. 2 şərik - koronavirusdan varlanan 2 qadın. Ağstafa rayon səhiyyəsinin rəhbəri Fatma xanim Prezidentin dediklərinə zidd çıxaraq virusla bağlı işçilərə ayrılmış maaşların 3 misli olan pulu vermir. Bu pulu rayon mərkəzindən 50-60, bəlkə də 70-80 km uzaqlıqda olan kənd məntəqə həkimlərinin adlarına yazıb - Böyük Kəsik kənd məntəqəsinin müdiri - İmanova İradə (deputat Məlahət İbrahimqızının baldızı), Sadıxlı kənd məntəqəsinin müdiri İlham həkim, Muğanlı kənd məntəqəsinin həkimi Şeyx həkim (adı Şeyxdir). Bu həkimlər Fatma Vəliyevanın adamlarıdır. Koronavirusdan xəstələnən xəstələrdən xəstəxananın dörd bir yanı açıq olan koridorda yaxma götürülür, hətta koronavirus olan ailəni guya karantinə alıblar - evdən çıxır, hamısı ortalıqda gəzir, cəmiyyət içinə çıxırlar. Heç bir nəzarət yoxdur.
Tovuz və Qazax rayonları həkimlərin bayram və bazar günləri işlədikləri pulu maaşın üstünə vurub veriblər. Amma Ağstafa bu pulu vermir. Ezamiyyətə gedib-gələn həkim və tibb bacılarının ezamiyyət pulları verilmir. Soruşanda deyir ki, ele bil mənə bağışlamısız, sizin yanınızda mənim heç hörmətim yoxdurmu? Həkimlərə deyir ki, xəstəni çox yazın, qoy bizə çox yardım göndərsinlər. Ağstafada çox savadlı cərrahlar var, Tibb Universitetini qırmızı diplomla bitiriblər. Hər bir xəstəliyin öhdəsindən bacarıqla gəlirlər. Bu, Fatma xanımı qane etmir, niyə siz mənə hesab verməlisiniz, amma vermirsiniz, mən də xəstələri başqa rayona göndərirəm və hesabımı alıram."
Qeyd: Dövlət Təhlükəsizliyi Xidmətinin 2019-cu ilin dekabrın 19-da yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Məhkəmənin qərarı ilə onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Aprelin 13-də Səbail rayon Məhkəməsində Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Təqsirləndrilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirini daha 3 ay uzadılması barədə qərar qəbul edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024