Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (5-04-2020, 13:10)
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub

















Xəbər verdiyimiz kimi koronavirus pandemiyasına görə ölkənin cənub rayonlarından olan Cəlilabadda rayonun mərkəzi xəstəxanası karantin mərkəzinə çevrilib.Xəstəxananın əksər tibb heyyəti Cəlilabad Müalicə Diaqnostika Mərkəzində fəaliyyətini davam etdirir.
Mediatv.az-ın redaksiyasına Cəlilabad rayon Mərkəzi Xəsdəxanasından ilginc məlumat daxil olub. Xəstəxananın tanınmış həkimləri redaksiyamıza zəng vuraraq bildirib ki, mərkəzi xəstəxanada karantində olan vətəndaşlara xidmət edən tibb işçiləri koronavirus pandemiyasına yoluxub. 

Yoluxmanın səbəbi kimi yeni təyin olunmuş baş direktor Elnur Azadxanovun,əməkdaşları lazımı tibbi vasitələrlə təmin etmədən karantin mərkəzinə məcburən göndərməsi göstərib:
“Tibbi işçiləri tibbi vasitələr olan eynək, maska və xüsusi geyimlərlə təmin olunmadıqları üçün onlarda kütləvi halda koronavirus yoluxması aşkarlanıb. Vəziyyət çox acınacaqlıdır. Bütün bunlar xəstəxana rəhbərliyinin səhlənkarlığı ucbatından baş verib.Baş direktor TƏBİB-in cənub bölgəsi üzrə kuratoru olan Şükür adlı şəxsə güvənərək, həkimləri işdən qovmaqla hədələyir.Artıq bir neçə həkim virusa yoluxub və onlardan dörd nəfəri Masallı rayon karantin mərkəzinə çatdırılıb.Yoluxanlar arasında doğum və cərrahiyyə şöbəsinin sanitar işçiləri də vardır. Burda isə bizi heç adam yerinə qoyan yoxdur. Mən istəyirəm ki, ölkə başçısı burdakı özbaşınalıqla bağlı məsul şəxsləri cəzalandırsın. 

Mediatv.az-ın redaksiyasına təqdim edilən fotolardan da məlum olur ki, tibb işçiləri adi maska və əlcəklə təmin olunublar. Hansı ki, onlar xüsusi eynək və formayla təmin olunmalıdırlar. Ümid edirik ki, bundan sonra aidiyyatı qurumlar məsələylə bağlı hərəkətə keçərlər.
 






шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024