Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (2-04-2020, 11:25)
Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq işləri görülür

 



Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir. Bununla yanaşı aqrar rayon olan Füzulidə ənənəvi təsərrüfat sahələrindən olan pambıq əkininə və ipəkqurdu saxlanılmasına da hazırlıq işləri görülür.
Belə ki, 2020-ci təsərrüfat ilində rayon ərazisində pambıq əkiləcək sahələr hələ bir neçə ay əvvəl müəyyənləşdirilmiş, fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılmışdır. Füzuli rayon İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və aidiyyəti təşkilatların mütəxəssislər tərəfindən pambıq əkiləcək sahələrə baxış keçirilmiş, çiyid səpiləcək sahələr arat edilmiş, mala işi aparılmışdır. Yaxın günlərdə sahələrdə çiyid səpininə başlanılacaqdır. Ümumilikdə bu il rayon üzrə 700 ha sahədə pambıq əkilməsi nəzərdə tutulub ki, bunun da 500 hektarı P-Aqro MMC ilə, 170 hektarı Azərbambıq MMC ilə yerdə qalanı isə fərdi qaydada həyata keçiriləcəkdir.
Rayon ərazisində ipəkqurdu saxlayacaq kümçülər də aylar öncə müəyyənləşdirilmiş, barama saxlanılacaq yerlərə baxış keçirilmiş, qarğı tədarükü görülmüşdür. İpəkqurdu bəsləyərək qısa müddətdə yaxşı gəlir əldə edən füzulili kümçülər 2016-cı ildə 3070 kq, 2017-ci ildə 24320 kq, 2018-ci ildə isə 38 ton, 2019-cu ildə isə 49.5 ton yaş barama isehsal ediblər. Füzulili kümçülər cari ildə də 50 tondan artıq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş karantin rejiminin qaydalarına uyğun olaraq rayonda pambıq əkini və ipəkqurdu becərilməsi ilə bağlı işlər insanların bir yerə cəm olmaması şərti ilə, telefon vasitəsilə, uzaqdan idarəetmə ilə həyata keçirilir.
 
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024