Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-07-2014, 11:10)
“AZTV-dən çıxarılmağım haqsızlıq idi”

Kəmalə Hüseynova: "İndi AZTV-də əvvəlki kollektivdən çox az insan qalıb"

 

Kəmalə xanım, sizi və Azərbaycan televiziyasının digər əvvəlki aparıcılarını görəndə insanların gözündə parıltı–sevgi hiss olunur. Siz də bu fərqli münasibət və ehtiramı hiss edirsiniz?
-Təbii ki. Biz o zamanlar Azərbaycanda olan yeganə televiziyanın siması idik və hər yerdə tanınırdıq. Hətta bu populyarlıq bizi bəzən narahat da edirdi. Çünki biz də adi insanlar kimi alış-verişə getmək məcburiyyətində olurduq. İnsanların bizi tanıması, barmaqla göstərməsi bizi utandırırdı. Bəzən gün eynəkləri də köməyimə gəlmirdi, səsim məni biruzə verirdi. Amma, təbii ki, tamaşaçılarımın məni tanıması və sevməsi çox gözəldir.
Televiziyadan ayrılandan sonra başqa yerdə işləmədiniz. Niyə?
-Doğrudur, AZTV-dən ayrılandan sonra bir neçə özəl tv-lərə layihələrlə üz tutdum, hamı söz verdi, nəticədə isə heç nə alınmadı. Daha sonra da sponsor məsələləri ortaya çıxdı, ciddi verilişlərə sponsor tapmaq da çətindir.
Evdə oturmaq çətin olmadı ki?
-Bilirsiniz, hər zaman işdə-gücdə olan insan üçün çox çətindir, o ki qaldı, televiziyada çalışan və daima diqqət mərkəzində olan insan... Bir ara depressiyaya düşdüm, rəfiqələrim məni yalnız buraxmadılar, sağ olsunlar. Özümü verdim idmana, enerji potensialımı orda xərcləyirdim. Bir də düşəndə tərcümələr edirdim, ssenarilər işləyirdim
 
Geriyə nəzər salaq, xatirələri vərəqləyək. Televiziyaya gəlişiniz necə oldu?
-Mənim televiziyaya gəlişim 1990-cı ilə təsadüf edir. Müsabiqədən keçdim, 500 nəfərdən yalnız 6-sı seçildi. O zaman mən indiki Neft Akademiyasında işləyirdim və ixtisasım üzrə dissertasiya üzərində çalışırdım. Televiziyada aparıcı olmaq isə uşaqlıq arzum idi, məktəbin və universitetin bütün yığıncaqlarının aparıcısı olurdum, bunu tələbə yoldaşlarım da bilirdi. Elə müsabiqəyə də ilk olaraq tələbə yoldaşımla getdim, özüm tək cəsarət etmədim. O zaman evliydim, oğlum balaca idi. Müsabiqəyə getməyimi bacımdan başqa evdə heç kimə demədim. Müsabiqənin üç turundan da keçdim, amma qəbul olub-olmamağım məlum deyildi. Elə bu arada oğlumla xəstəxanaya getməli olduq. Təsəvvür edin ki, evə Rafiq Hüseynov zəng edib deyəndə ki, mən TV-yə gəlməliyəm, həyat yoldaşım şok keçirib, axı bixəbər idi. Beləcə, o ildən mən işləməyə başladım, əvvəl yarımştat, cünki digər işim də var idi. Təxminən bir il sonra isə tam ştata televiziyaya diktor kimi keçdim.Yarımçıq qalan dissertasiyam oldu...
Dövlət televiziyasında neçə il işlədiniz?
-AZTV-də 17 il işlədim.
Bu illər Kəmalədən nəyi aldı, nə qazandırdı?
-Bu illər mənim taleyimə yazılan ən gözəl illərdir. Xatirələrim qaldı, tamaşaçıların mənə, mənim də onlara məhəbbətim qaldı. İtirdiyim isə öz diplomlu ixtisasım və dissertasiyam oldu.
AZTV-dən ayrılmağı özünüzə qarşı ədalətsizlik hesab edirsiniz?
-Təbii ki, ömrümün sonuna qədər televiziyada işləməyəcəkdim, amma mənim o yaşımda, artıq öz sözünü demiş, püxtələşmiş, tamaşaçı auditoriyası olan bir aparıcıya bu, haqsızlıq idi. Mənim görəcəyim çox iş, deyəcəyim çox söz var idi.
Yaraşıqlı xanım, həm də tanınmış aparıcı. Pərəstişkarınız çox idi?
-Pərəstişkarım kifayət qədər idi.(gülür)
Yaxınlarda bir verilişdə göründünüz, amma o proqramdan çox tez ayrıldınız. Səbəb nə idi?
-Oldu, bəli, bir dəvət aldım özəl televiziya kanallarından birinə. Bu layihə məhz mənim yaşda olan aparıcı üçün nəzərdə tutulmuşdu. Əvvəlcədən şərtlər də bəlli idi. Amma veriliş efirə çıxandan bir həftə sonra bütün şərtlər dəyişdi, hər şey reytinqə qurban getdi. Belə olan halda da orda qalmaq mümkün deyildi. Bu, uzun söhbətdir, o proyektin taleyi mediyadan məlumdur.
Müasir efir ağır davranışlı aparıcıları sevmir. Bunu öz təcrübəmdən də bilirəm. İnsanlarımızın zövqü korlanıb, yoxsa tələblər dəyişib?
-Müasir efirin heç bir günahı yoxdur. Tamaşaçını formalaşdıran da biz- televiziya işçiləriyik, kobud da olsa deyəcəyəm, biz nə hazırlayırıqsa, tamaşaçı da onu yeyir. Burda problem yalnız maliyyədədir. Hər layihə böyük maliyyə tələb edir və sponsorlar proyektlərin müəllifinə çevrilir,nə yazıq ki, bu, acınacaqlı bir faktdır. Amma ipin ucunu buraxandan sonra yığmaq çətin olur. Hamı doğrunu görür, bilir, amma heç nə edə bilmir. Efiri dəyişmək, tamaşaçının zövqünü formalaşdırmaq bundan sonra çox əmək tələb edəcək, buna hazırlıqlı və islahatlarla getmək lazımdır.
İndiki aparıcılarda nəyi bəyənmirsiniz?
-Müasir aparıcılarımız heç bir məktəb keçməyiblər.Xarici görünüşü gözəl olan hər kəs aparıcı ola bilməz, ən azından onun mükəmməl dilbilmə qabiliyyəti, diksiyası olmalıdır, televiziya ləhcəni sevmir. İntellektual olmaq aparıcı üçün çox vacibdir, boş- boş söz selini efirə axıtmaq hələ aparıcılıq deyil. Tamaşaçının gözü çox itidir, o yaxşını pisdən ayırmağı gözəl bilir. Aparıcı daim öz üzərində çalışmalı, bilmədiyini öyrənməlidir.
Həyatınızdan efirdə olan vaxt razı idiniz, yoxsa indi?
-Mən həyatımdan həmişə razıyam, bu, mənim taleyimdir və mən bütün keşməkeşləri yaşamalı idim. Hər şey Allahın nəzarətindədir, deməli, belə olmalıydı. Naşükür olmaram heç vaxt. Bu gün belədirsə, sabahın nələr verə biləcəyini heç kim bilmir.Hər zaman pozitiv olmaga çalışıram.
AZTV-də rəhbərlik dəyişsə, yenidən Sizi ora çağırsalar qayıdarsınız?

 

Bu bir az çətin sual oldu. Necə ki, zaman dəyişir, ətrafımız da dəyişir. İndi AZTV-də kimlər var, əvvəlki kollektivdən çox az insan qalıb. Amma qayıtmaq barədə, doğrusu, heç düşünməmişəm. Hər şey təklifdən asılıdır...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024