Problem (4-04-2014, 15:05)
Nadir Qafarzadə oğlunu evləndirir?
Nadir Qafarzadə oğlunu evləndirməyə hazırlaşır. Artıq gözaltı etdiyi qızlar da var.
Müğənni bu barədə ilk dəfə olaraq Publika.az-a danışıb.
-Nadir, eşitdik tezliklə oğluna elçi getməyi planlaşdırırsan. Gəlin seçimində oğlanlarının seçiminə müdaxilə edəcəksən?
- Mütləq. Mən istəmərəm ki, gəlinimi barmaqla göstərsinlər. Ola bilər mən şən, mülayim insanam, amma belə məsələlərdə çox mühafizəkaram. Mən demirəm e, gəlinim savadsız, dar düşüncəli, geridə qalmış bir avam qız olsun, yox. Ali savadlı, dünyagörüşlü, xanım-xatın azərbaycanlı qızı olmasını istərdim. Gəlinim həmişə mənə başucalığı gətirməlidir. Qoy hər görən desin ki, bu, Nadir Qafarzadənin gəlini və bu da oğludur.
- Gəlini kim seçəcək? Qohumlardan qız almaq istəməzdin ki?
- Yox əvvəllən, qohumda elə bir qız yoxdur. Həm də qohum elə qohumdur, mən kənardan qohum tapmaq istəyirəm. Həyat yoldaşımla mənim gözaltı etdiklərimiz də var. Amma öz seçimi də vacibdir. Bəri başdan sözümü demişəm ki, birdən çaşıb İngiltərədən ingilis arvadla üstümə gələrsən ha, özü də yanıuşaqlı. Məbadə! Ürəyimi partladarsan. Amma eləməz.
- İndi oğlunu evləndirməyi nə vaxta nəzərdə tutmusan?
- İndi 18 yaşı var, getsin əsgərliiyni çəkib gəlsin, evləndirəcəyəm. Elə özüm də tez evlənmişəm. Tez evlənməyi yaxşdır ki, gözüm görür, canım hələ sağdır.
- Bir ara demişdin ki, Aygün Kazımovanın qızını oğluna almaq istərdin.
- Aygünün qızı oğlumdan yaşca böyükdür.
- Müğənni qızı ilə evləndirmək istərdinmi oğlunu?
- Tanıdıqlarım var, amma qızları hələ balacadır. Belə yadıma sal, görüm hansı sənətçilərin qızları var?
- Nəzakət Teymurova, Tünzalə Ağayeva…
- Nə yaxşı yadıma saldın. Mənim üçün fəxr olardı Nəzakət Teymurova kimi xanım-xatın bir sənətkarın qızını evimə gəlin gətirsəm. Eləcə də Tünzalənin qızını. Onlar da mənim ailəmə qız verdikləri üçün özlərini xoşbəxt sayarlar. Çünki mən də, həyat yoldaşım da gəlini çox sevəcəyik, çünki bizim qızımız yoxdur.
- Gəlinlərin səninlə birgə qalacaq, yoxsa, ayrı ev alacaqsan onlar üçün?
- Artıq ikisinin də evi hazırdır. Elə gəlinləri birbaşa öz evlərinə aparacağam.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024