Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (26-02-2020, 09:57)
Astarada baş həkim niyə işdən çıxarıldı? - MÜƏMMA

 Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) bu xəbəri təsdiqləyib.

TƏBİB-dən bildirilib ki, Əlövsət Əliyev srağagün tutduğu baş həkim vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Elnur Azadxanov təyin olunub.

Astara Rayon Mərkəzi Xəstəxanasından adının açıqlamasını istəməyən mənbə faktı təsdiqləyib. Səbəbin üç gün öncə 2 nəfər İran vətəndaşının 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) koronavirus təhlükəsi ilə müraciət etməsi olduğunu söyləyib:

"Həmin şəxslər əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasında müayinə olunublar. İnfeksion şöbədə müayinə olunan şəxslərdə heç bir xəstəlik aşlarlanmadığından onları buraxıblar gedib. Sonradan həmin şəxslər Bakıda xəstəxanaya gediblər. Guya hərarətləri olub. Əslində isə olmayıb. Orda soruşublar: "Haradan gəlmisiniz?" Onlar da deyiblər ki, Astaradan. Bunu da TƏBİB-ə məlumat veriblər. Onlar da bu bəhanə ilə baş həkimi işindən kənarlaşdırdılar".

Mənbə deyir ki, halbuki baş həkimin heç bir günahı olmayıb. Xəstələrin gəlməsindən belə xəbəri olmayıb. İnfeksion şöbədə baxıb, buraxıblar.

Fevralın 24-də koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə 2 nəfər İran vətəndaşı müraciət etmişdi. Onlardan biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə Azərbaycana səfər edən İran vətəndaşı olub. Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib. Koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1, digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024