Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (29-01-2020, 08:00)
Vasif Talıbov seçkiləri məxfi keçirir?

Fevralın 9-da Milli Məclisə seçkilərlə paralel Naxçıvan Muxtar Respublikasının(MR) Ali Məclisinə də seçkilər keçiriləcək.
Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyevin Milli Məclisin buraxılması ilə bağlı 5 dekabr 2019-cu il tarixli sərəncamından 4 gün sonra Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın qanunverici orqanının buraxılması barədə sərəncam imzalayıb.

Məlumat üçün deyək ki, Naxçıvan MR Ali Məclisinin tərkibi 45 deputatdan ibarətdir. Lakin maraqlıdır ki, Ali Məclisə seçkilərlə bağlı hər hansı məlumat yoxdur. Nə namizədlər bəllidir, nə də onların sayı.

Yenisabah.az Ali Məclisə seçkilərdə neçə namizədin iştirak etdiyi və onların kimliyi barədə araşdırma aparsa da, bu barədə heç bir məlumat əldə mümkün olmayıb. Mərkəzi Seçki Komissiyası (MSK) və Naxçıvan MR MSK bu barədə susur. Hər iki qurumun internet səhifələrində də Naxçıvandakı seçki barədə hər hansı məlumat yoxdur. Ali Məclisin internet səhifəsi alimeclis.az saytında Muxtar Respublikadakı seçkilər barədə məlumata rast gəlmək mümkün deyil. Naxçıvanın rəsmi media orqanı olan “Nuhçıxan” İnformasiya Agentliyi də bu mövzuya toxunmağı lüzum görməyib.

Beləliklə, Muxtar Respublikada keçirilən seçkilər dövlət sirri kimi məxfi saxlanılır. Lakin bu məxfiliyin səbəbləri bəlli deyil.

Naxçıvan MR Ali Məclisinin səlahiyyət müddəti 5 ildir. Hər il Ali Məclisin iki dəfə sessiyası keçirilir. İndiyə 1991-1993-cu illərdə Ali Məclisə Heydər Əliyev, 1993-1994-cu illərdə Vasif Talıbov, 1994-1995-ci illərdə Namiq Həsənov sədrlik edib. 1995-ci ildə Vasif Talıbov yenidən Ali Məclisin sədri seçilib və bu günə qədər qurum onun sədrliyi ilə fəaliyyət göstərir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024