Region / Cəmiyyət (20-12-2019, 17:52)
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov:
Şəmkir rayon Qaranüy kənd sakini Oruc Verdiyevin müraciəti ilə əlaqədar bildiririk ki, cari il noyabrın 28-də saat 21:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən 403-cü km-də Eldəniz Cəfərov idarə etdiyi VAZ 2107 markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Toğrul Əsgərovun idarə etdiyi VAZ 2121 markalı avtomobili arxa hissəsindən vurub, daha sonra zərbənin təsirindən əks hərəkət zolağına daxil olaraq qarşıdan gələn Əli Verdiyevin idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə toqquşub. Nəticədə Əli Verdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha iki nəfər isə müxtəlif bədən xəsarətləri alıblar.
Vətəndaş Oruc Verdiyevin müraciətində qeyd etdiyi, VAZ 2121 markalı avtomobilin sürücüsü, Tovuz Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Toğrul Əsgərov barəsindəki iddialar həqiqətə uyğun deyil. T.Əsgərov kəskin dönmə hərəkətini hadisə baş verməzdən müəyyən müddət və məsafə əvvəlcədən həyata keçirib. Bundan başqa VAZ 2107 markalı avtomobilin sürücüsü, Eldəniz Cəfərov ikinci dərəcəli yol hesab olunan, Şəmkir-Zəyəm yolundan birinci dərəcəli yola yüksək sürətlə və yol hərəkəti qaydalarına əməl etmədən daxil olub və qarşıdakı VAZ 2121 markalı avtomobilin arxa hissəsini vurub. Müraciətdəki iddiaların əksinə olaraq, qarşıdan gələn Əli Verdiyevin avtomobilinə Toğrul Əsgərovun deyil, məhz Eldəniz Cəfərovun idarə etdiyi VAZ 2107 markalı avtomobil çırpılıb.
Müraciətdə qeyd olunan polis əməkdaşının içkili olması və hadisə yerini başqa avtomobilə əyləşərək tərk etməsi bağlı isə qeyd etmək lazımdır ki, hadisə baş verdikdən qısa müddət sonra hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının və Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan, Yol Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. Bu zaman sürücülər hadisə yerində olub, onlardan izahat alındıqdan sonra tibbi müayinədən keçirilib.Tibbi ekspertiza hər iki sürücünün spirtli içki qəbul etmədiklərini təsdiq edib.
Bundan başqa cari ilin oktyabrında əvvəllər dəfələrlə məhkum olunmuş, narkotik vasitə aludəçisi Tanrıverdi Tağıyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan zaman o, Toğrul Əsgərova və digər bir polis əməkdaşına bıçaqla müqavimət göstərib. Bu zaman T. Əsgərov əlindən yüngül xəsarət almasına baxmayaraq şübhəli şəxsi zərərsizləşdirərək istintaqa təhvil verib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024