Region / Cəmiyyət (13-12-2019, 10:34)
Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Mahmudlu-1 kəndində keçirilib.

Mahmudlu-1 kəndinin ümumi əhalisi 802 nəfərdi. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 802 nəfərə hər ay 48120 manat vahid aylıq müavinət ödənilir, 7 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə özünüməşğulluq proqramına cəlb olunub. Kənd də 4 şəhid ailəsi, 8 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 93 nəfərə müxtəlif növ pensiya və müavinət verilir, 133 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Mahmudlu-1 kəndində torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025