Region (26-06-2019, 13:21)
Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu
Füzuli rayonunun N saylı hərbi hissəsində 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, hərbiçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayan Alı Alıyev Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu qeyd etmişdir.
Alı Alıyev demişdir: “Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilmiş və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Biz bunun aprelin əvvəllərində düçmən təxribatının qarşısını alarkən ordumuzun timsalında bir daha şahidi olduq.“
Çıxışlarda işğal altındakı ərazilərimizin tezliklə yağı düşməndən azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə etmişlər.
Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024