Region (26-12-2018, 10:04)
Füzulidə kənd təsərrüfatı və ərzaq məhsullarının satış mərkəzi istifadəyə verildi.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev supermarketin açılış mərasimində iştirak edib. Alı Alıyevə məlumat verilib ki, ümumi sahəsi 660 kv.m olan mərkəzin qapalı koşklərində müxtəlif növ kənd təsərrüfatı məhsullarının və ərzaq məhsullarının satışı təşkil olunacaqdır. Burada Qayıdış qəsəbələrində məskunlaşıb yaşayan məcburi köçkünlərin, fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının, o cümlədən gündəlik tələbat mallarının satışı üçün lazım olan bütün şərait yaradılmış, alıcı və satıcılar üçün normal şərait təşkil olunmuşdur. Supermarketdə Qayıdış qəsəbələrində yaşayan 28 nəfər məcburi köçkün işlə təmin olunmuşdur.
Alı Alıyev açılış mərasimində Prezident cənab İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda da sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirlər.
Açılış mərasimində iştirak edən məcburi köçkünlər füzulilərə göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025