Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Cəmiyyət (30-08-2017, 10:24)
Vasif Talıbovun kitab siyahısına reaksiya

Vasif Talıbovun kitab siyahısına reaksiya

 

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” sərəncam imzalayıb. 

Mediatv.az  xəbər verir ki, Milli Məclisin 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatı, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib.  

Eldar İbrahimov deyib ki, kitab oxumaq insanların dünyagörüşünü, savadını və intellektini artırır.

“Mən məktəbdə təhsil alan zaman yerli yazarlarımızla bərabər, dünya yazarlarının da kitablarını oxumuşam. Onlar hələ də mənim yadımdadır. Bunun nəyi pisdir ki? İndi hətta 700 bal toplayan abituriyentlərdən belə, bizim bir yazıçımız, şairimiz, ya da hansısa dünya yazıçısı haqda ətraflı məlumat istəsək, onları tanımayacaq. Gənc nəsil hərtərəfli böyüməlidir. Bu baxımdan da Vasif Talıbov həmin kitabları oxumağı tövsiyə edib. Hansısa qərar verib, məcbur etmir ki, bunu oxu! Oxuyursan, oxu, oxumursan, oxuma. Amma oxumaq lazımdır. Hər bir insan elmlə məşğul olmalıdır. Bu gün kitab oxuyanların sayı çox azdır. Hamı televizora baxır. Bu, reallıqdır. Kitab oxumaq isə mədəniyyət, elmdir”.

Komitə sədri bildirib ki, bu gün qələm götürüb yazı yazan yoxdur. “Hamı yazını kompüterdə yazır. Mənim gözəl xəttim var. Universiteti bitirəndə tələbə yoldaşlarımın diplomlarını yazırdım. Gözəl xəttin olması yazı mədəniyyətidir. İndi kiməsə desən ki, bu sözü yaz, normal xətlə yaza bilməyəcək. Çünki kompüterdə yazmağa öyrəşib. Mən kompüterin olmasının əleyhinə deyiləm. Amma bununla bərabər, gəlin barmaqlarımızı da işlədək. Qələmlə bir şey yazaq. Görək yazı yazmağı bacarırıq, ya yox. Bu baxımdan, Vasif Talıbovun etdiyi tövsiyələr çox vacib məsələdir. 

Vasif Talıbov Naxçıvanda çox gözəl qayda-qanun yaradıb. Mənim deputat həmkarlarım Naxçıvana səfər etdikdən sonra deyirlər ki, “Eldar müəllim, Naxçıvanda nə gözəl adət-ənənələr var. Naxçıvanda böyük-kiçik yeri, ağsaqqala hörmət var”. 

Mən əgər ədəbiyyatımı, tariximi bilmirəmsə, məndən necə azərbaycanlı olacaq? Öz tariximizi, ədəbiyyatımızı bilmək hamımızın borcudur. Həmçinin dünya ölkələrinin ədəbiyyatını və tarixini də bilməliyik. Çünki bizim intelektimiz yüksək olmalıdır, hərtərəfli insan kimi yetişməliyik. Mən hesab edirəm ki, Vasif Talıbovun bu tövsiyəsi insanlığa, xüsusilə bizim gənclərimizə yönəlib”.

E.İbrahimov Naxçıvandakı qəbiristanlıqlardan da danışıb. “Naxçıvanda  qəbir yerləri tamamilə pulsuz verilir. Orada heç kim yer seçmir. Hər kəs növbə ilə öz ölüsünü dəfn edir. Dəfn mərasimi də tamamilə pulsuzdur. Kimsə böyük qara mərmərdən başdaşı qoya bilməz. Naxçıvanda birmənalı və qəti şəkildə bütün qəbirlərin başdaşı eynidir. Ölü üçün fərq olmamalıdır. Onsuz da o biri dünyada hamı eynidir. Kiminsə vəzifəsi, stolu olmur. Allah hamıya xeyir işlər qismət etsin. Amma təbii ki, ölüm də həyatın reallığıdır, bundan qaça bilmərik. Bu baxımdan, Naxçıvan bütün Azərbaycan üçün nümunəvi yerdir. Bunlar da, təbii ki, Muxtar Respublikaya rəhbərlik edən insanlardan asılıdır. Xüsusilə də Ali Məclisin sədri Vasif Talıbovun gördüyü işlərin, həyata keçirdiyi tədbirlərin nəticəsidir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024