Sosial / Slayd (8-01-2015, 17:15)
Vasif Talıbovdan məmurlarla bağlı daha bir qəribə sərəncam
Bundan sonra dövlət qulluğunda çalışanlar muzeylərə kollektiv şəkildə getməli olacaqlar
Naxçıvanda dövlət orqanlarının işçiləri bundan sonra kollektiv şəklində muzeylərə gedəcək.
"Turan" bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Naxçıvan Muxtar Respublikasında dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı bu sərəncamdan irəli gələn məsələləri həll etsin”, - deyə sənəddə qeyd edilir.
Vasif Talıbov “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” sərəncamı ötən il dekabrın 19-da imzalayıb. Sənəd bu günlərdə yerli mediada çap olunub.
Sənədə görə, əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda 30 müxtəlif profilli muzey var.
“Muzeylər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, gənc nəslin tərbiyəsində və dünyagörüşünün zənginləşməsində böyük əhəmiyyətə malikdir. Bütün bunlar nəzərə alınaraq, muzeylərdə açıq dərslər keçirilir, ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv təhsil təşkil olunur. Görülən tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğinə şərait yaradır”, - deyə Talıbovun imzaladığı sərəncamda bildirilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024