Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (2-06-2016, 20:15)
Zaur Qəhrəmanov: "Petkim, Petlim, STAR və TANAP-a ümumilikdə 7,5 mlrd. dollar xərclənib"

Zaur Qəhrəmanov:

 

 

Mediatv.az "SOCAR Turkey Energy" şirkətinin baş direktoru Zaur Qəhrəmanovun "Report"a müsahibəsini təqdim edir:
- "Petkojen" layihəsinə maliyyə cəlb olunması üçün banklarla danışıqlar aparılırdı. Danışıqlar yekunlaşıbmı? Bu layihəyə hansı həcmdə vəsait cəlb olunması nəzərdə tutulur?
- Bu layihəyə maliyyə cəlb olunması üçün Türkiyə bankları ilə danışıqlar yekunlaşıb və təkliflər alınıb, qiymətləndirmə aparılır. Maliyyə baxımından heç bir problem yoxdur. Bu layihə üçün maksimum 1 mlrd. dollara qədər türk banklarından vəsait cəlb edə bilərik. Təkliflər var. Bu layihə türk bankları üçün maraqlıdır. Amma avadanlıqlar Amerikadan olarsa, Amerikanın "Eximbank"larını, Çindən olarsa Çin banklarını da cəlb edə bilərik. Bu məsələyə baxılacaq və faiz baxımından ən sərfəli təklif dəyərləndiriləcək.
- İnşaat işlərinə nə vaxt başlanılacaq?
- Biz bu layihənin Petkim yarımadasının enerji təhlükəsizliyi baxımından dəyərləndirməsini aparırıq. İlk növbədə STAR zavodunun enerji təhlükəsizliyini təmin etməliyik. STAR zavodu fəaliyyətə başlayanda elektrik dəstəyi olmalıdır. Buna görə mühəndislik işlərində yenidən dizayn aparılır. Bu il işlər başlanacaq. Aktiv fazaya isə gələn ildən keçiləcək.
- STAR zavodunda indiyədək hansı həcmdə işlər görülüb və nə qədər vəsait xərclənib?
- STAR zavodunun inşası üzrə  65% işlər yekunlaşıb. İndiyədək zavoda 3 mlrd. dollara yaxın vəsait xərclənib.
- "Petlim" limanında işlər necə gedir? Limanın II fazası  nə vaxt tamamlanacaq?
- "Petlim" limanının I fazası üzrə işlər yekunlaşıb. Rəsmi açılışın dövlət səviyyəsində olmasını istəyirik. Bu isə Azərbaycan və Türkiyə Prezidentlərinin proqramından asılıdır. Limanın işlənməsi ilə bağlı "Maersk"in "APM Terminals" şirkəti ilə təhvil-təslim proseduru aparılır. "Petlim" limanının II fazası üzrə işlər isə gələn il başa çatdırılacaq. II faza üzrə tikinti işləri qrafikə uyğun olaraq aparılır.
- TANAP-ın inşası üzrə işlər nə yerdədir? İndiyədək nə qədər hissə tamamlanıb?
Trans-Anadolu Boru Kəməri (TANAP) üzrə artıq 550 km işlər görülüb. Əskişəhərə qədər olan hissədə işlərin 45%-i yekunlaşıb.
- Bu günədək Türkiyədəki layihələrə hansı həcmdə vəsait xərclənib?
- İndiyədək Petkim, Petlim, STAR və TANAP layihələrinə həm SOCAR-ın, həm tərəfldaşlarının, həm də cəlb olunan kreditlə birlikdə xərclənən vəsait 7,5 mlrd. dollar təşkil edir.
- OMV-nin "Petrol ofisi"ni satışa çıxarmasından sonra SOCAR da səhmləri almaqda maraqlı olduğunu bildirib. Bu istiqamətdə danışıqlar aparılırmı?
- Hələ ki, OMV şirkəti aktiv haqqında bazara məlumat çatdırmayıb. İyun ayında məlumat verilməli idi, amma biraz yubadılacaq. Sentyabra kimi məlumat verilməlidir. Məlumat açılanda  baxacağıq. Bu, bizim üçün maraqlı layihələrdən biridir. Amma bizim üçün sərfəli olarsa,  bu prosesə qoşulacağıq. Biz Türkiyədə STAR zavodu üçün distribütor şəbəkəsi yaratmalıyıq. Biz bunu ya "Petrol Ofis"in alınması ilə, ya da özümüz edəcəyik. Bütün variantlara baxırıq.
- Bu yaxınlarda Türkiyədə 8 ədəddən ibarət "SOCAR CNG" şəbəkəsinin inşası tamamlanıb.İl ərzində CNG stansiyalarının sayının artırılması planlaşdırılırmı?
- Bu layihə davam edəcək. Bu layihəni uğurlu layihə hesab edirik. CNG-lərin sayını artırılması təkcə SOCAR-dan asılı deyil. Türkiyədə bu işlə ancaq 2-3 şirkət məşğul olur. Avropada isə bu təşəbbüs geniş yayılıb. Avropalılar dizel və ya benzindən daha yaşıl olan CNG-yə keçmək istəyirlər. Türkiyədə infrastruktur yaradılmalıdır. CNG stansiyası bir ərazidə tikilibsə, müəyyən məsafədən sonra digər stansiya olmalıdır.Şəbəkə yaradılmalıdır. Burada hər şey bizdən asılı deyil. Onun inkişafı ümumi Türkiyə konyukturasından asılı olacaq.
- "Petkim Holding"in STAR zavodundan 7-9% pay alması məsələsi nə vaxt yekunlaşacaq?
- Bu proses yekunlaşmaqdadır. Razılıq alınıb. "Petkim Holding" xalqa açıq şirkətdir. Bu şirkətdə bizdən başqa 40 min səhmdar var. Ona görə proses biraz ləngiyib, amma prinsipial razılıq var.
- Bu yaxınlarda "SOCAR Turkey" "Petkim Holding"də 5,32% hissəni birjada satışa açıq elan edib. Əlavə hissənin də satışı nəzərdə tutulurmu?
- Biz "Petkim Holding" özəlləşdiriləndə 51% hissəni aldıq. Sonra ikinci özəlləşdirmədə 10,32% və birjadan 5% hissə alındı. Biz həmişə əlavə alınmış faizlərə (15%) bufer kimi baxmışıq. "Petkim Holding" çox səmərəli işləyir. Keçən ili xalis mənfəətlə başa vurub. Bu ilin I rübündə çox yaxşı nəticələr əldə etmişik. Şirkətin səhmlərində artım var. Əlavə olunmuş səhmlər bazar konyukturasından asılı olaraq alınıb-satılır. Hazırda səhmlər yüksəkdir. Ona görə də satıb Türkiyədəki digər investisiyalara yönəldirik. Bu, normal prosesdir. Hazırda "Petkim Holding"də payımız 56-57% təşkil edir. Biz "Petkim Holding"dəki payımızı heç vaxt 51%-dən aşağı salmayacağıq. Bu, bizim üçün strateji aktivdir. Türkiyədə ən önəmli aktivlərdən biridir. "Petkim" olmasaydı, bəlkə də Türkiyədə digər layihələrimiz də olmazdı. Bizim üçün "Petkim Holding" Türkiyəyə giriş qapısı idi.  
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024