İqtisadiyyat (25-03-2016, 22:15)
SOCAR-ın Petkimdəki payı azaldı
“SOCAR Turkey Enerji” şirkətinin Petkimdə bilavasitə sahib olduğu pay 8,07%-dən 5,32%-ə düşdü.
Mediatv.az “Marja”ya istinadən xəbər veri ki, SOCAR-dan məsələ ilə bağlı verilən açıqlamada bu məlumatlar verilib:
“23.03.2016 tarixində əsas tərəfdaşı olduğumuz PETKİM PETROKİMYA HOLDİNG A.Ş (PETKM) şirkətində sahib olduğumuz, birjada əməliyyat görən statusdakı səhmlərdən bir qisminin satış əməliyyatını Mart ayı ərzində həyata keçirməyi planlaşdırdığımızı açıqlamışdıq. Bu çərçivədə planlaşdırılan satış əməliyyatları “ÜNLÜ Menkul Değerler A.Ş” (UNLU & Co) vasitəsi ilə tamamlanmışdır. Bu mərhələdə planlaşdırılan ayrı bir satış prosesi yoxdur.
Bu dəfə 24.03.2016 tarixində PETKİM PETROKİMYA HOLDİNG A.Ş-nin (PETKM) hər biri 3.55 Türk lirəsindən 41.278.401,465 ədəd səhmi BIST vasitəsilə satılmışdır (Cəmi 146,5 milyon türk lirəsi). PETKİM-də birbaşa və dolayı olmaqla cəmi səhm paketi faizimiz 59,07%-dən 56,32%-ə düşümüşdür. Bağlı tərəfdaşlığımız SOCAR Turkey Petrokimya A.Ş-nin PETKM də sahibi olduğu 51% nisbətindəki payında dəyişiklik söz mövzusu olmayıb, bilavasitə (birbaşa) sahib olduğumuz pay 8,07%-dən 5,32%-ə düşümüşdür”.