Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 15:59)
Vəfa Allahverdiyevanın məhkəmə zalında həbsi tələb edildi

  Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə istintaqı tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror yekun çıxış edib.
O bəyan edib ki, Vəfa Allahverdiyevaya verilmiş ittiham kifayət qədər dəlil-sübutlar və şahid ifadələri əsasında təsdiqini tapıb. Prokuror bu əsasla onun 7 il 6 ay, birgə ittiham olunduğu Təranə Bağırovanın 9 il azadlıqdan məhrum edilməsini tələb edib. Sonuncu başqa cinayətə görə hazırda həbsdədir. Azadlıqda olan V.Allahverdiyevanın məhkəmə zalında qandallanması istənillib.İş üzrə zərərçəkmiş Cavanşir Məmmədəliyevi isə yalnız ələ keçirilən 51 min manat pulunun geri qaytarılması maraqlandırır. O, hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib. 
Qeyd edək ki, Vəfa Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.шаблоны для dle 11.2

Xəbər lenti
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
27 10 2025
26 10 2025
26 10 2025
26 10 2025