Region (28-03-2016, 13:12)
Erməni analitik: “Zaman Azərbaycanın xeyrinə işləyir”
Mediatv.az Siyasi və seçki texnologiyaları üzrə ekspert, analitik Armen Badalyanın 168.am saytına müsahibəsini təqdim edir:
- Cənab Badalyan, Eduard Şarmazanov Vaşinqtonda martın 31-dən aprelin 1-dək keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində Ermənistan və Azərbaycan prezidentləri Serj Sarqsyan ilə İlham Əliyevin görüşəcəklərinə dair xəbərləri təkzib edib. Fikrinizcə, bu halda Serj Sarqsyanın ABŞ səfərindən nə gözləmək olar?
- Heç bir nəticə olmayacaq. Gedəcək, tədbirdə iştirak edəcək, kimlərlə imkan olsa görüşəcək, vəssalam.
- Amma hər iki prezident Vaşinqtona gedəcək. Yəni həqiqətənmi görüş olmayacaq?
- Çox güman ki, olmayacaq. Burada nə var ki? Bu mütləq deyil ki. Hər iki prezidentin ABŞ-da olmaları onların mütləq görüşəcəkləri anlamına gəlmir. Vaşinqtonda bunlar asan məsələ deyil. Bu iki turistin 5 dəqiqəlik söhbəti deyil ki.
- ABŞ münaqişə zonasında atəşkəsin qorunub saxlanması üçün beynəlxalq mexanizmin tətbiqinə çalışır, Rusiyadan isə bu haqda heç bir açıqlama yoxdur. Bunu necə izah edərdiniz?
- ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ münaqişəsinə yanaşmaları fərqlidir. Onların hər biri öz marağından çıxış edir və bu maraqlar üst-üstə düşmür. Buna görə də hər hansı nəticə gözləmək mümkün deyil.
İndiki mərhələdə seçkiyə hazırlaşan ABŞ seçki bitənədək burada sabitliyin olmasında maraqlıdır. Rusiyanın isə öz maraqları var. Rusiya Azərbaycanla münasibətlərini korlamaq niyyətində deyil. Üstəlik Azərbaycan Rusiyadan böyük həcmdə silah alır. Onların arasında biznes maraqları da var. Yəni, hər tərəfin öz marağı var və bu, normaldır.
- Guman etmək olarmı ki, ABŞ prezidenti Barak Obama İlham Əliyev ilə atəşkəsin qorunub saxlanılması mexanizmini müzakirə edəcək və Əliyev həmin mexanizmin tətbiqi ilə razılaşacaq?
- Əgər bu Azərbaycanın maraqlarına uyğun olarsa, bəli. Olmazsa, yox. Azərbaycanın mövqeyisə bəllidir: sərhəddə vəziyyətin gərgin olmasını istəmirsinizsə, işğal altındakı əraziləri geri qaytarın. Azərbaycan anlayır ki, əgər bu vəziyyətdə sözügedən mexanizm qəbul olunarsa, bu, dolayısı ilə həmin ərazilərin Ermənistanın nəzarət etdiyi ərazilər kimi tanınması demək olacaq. Azərbaycan isə bununla razı deyil. O öz ərazisində atəşkəsin tətbiqilə niyə razılaşsın ki?
Nəhayət, unutmayaq ki, həmin ərazilər de-yure Azərbaycan torpaqlarıdır. Odur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə hər hansı əlavə mexanizmlərin tətbiqinə qarşı olması təbiidir. Belə çıxır ki, erməni tərəfi əraziləri işğal edir və Azərbaycanın torpaqları geri qaytarmağa cəhd göstərə bilməməsi üçün orada hansısa mexanizmlər işə salınır. Məsələyə Bakının nöqteyi-nəzərindən baxsaq mexanizmin qəbul olunmaması məntiqlidir.
- Amma ortada İran amili də var. ABŞ-a isə regionda sabitlik olması lazımdır.
- Sabitlik müəyyən formada mövcuddur. Hər halda, bölgədə genişmiqyaslı hərbi əməliyyatlar aparılmır, yalnız sərhəddə müəyyən gərginlik var və bu da Qarabağ münaqişəsilə bağlı hər müzakirələrdən qabaq baş verən haldır. Bir sözlə, sabitlik qorunur. İran isə Minsk qrupunun həmsədri deyil. Demək onun fikri nəzərə alınmır.
- Bəs ölkələrin yaxın qonşu olması ciddi amil deyil? Hər halda, vaxtilə İran Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edirdi.
- Bu vacib deyil. Türkiyə də müəyyən dərəcədə qonşudur. Lakin Ermənistan Türkiyənin Minsk qrupuna qoşulmasına razı deyil. Bundan başqa, söhbət yalnız Azərbaycandan getmir. ABŞ, Rusiya və Fransa da İranın ATƏT-in Minsk qrupunun həmsədirlərinə qoşulmasını istəmir. Ona görə ki, İran yeni oyunçudur. İndi onunla keçən 25 ilin tarixini müzakirə etsinlər? Üç həmsədr ölkənin maraqları nə vaxt üst-üstə düşdü ki, üstəlik İranın maraqları da nəzərə alınsın?
- Ümumiyyətlə, atəşkəsin qorunması ilə bağlı beynəlxalq mexanizmin tətbiqi hansı nəticələri verə bilər?
- Əslində heç nə. Azərbaycan həmin sistemi pozarsa nə baş verəcək? Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək? Azərbaycan Avropa İttifaqını təbii qazla təmin edən ölkələrdən birinə çevrilir. Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu istismara veriləcək və bu, Avropanı Mərkəzi Asiya və Uzaq Şərqə bağlayacaq. Demək, Avropa əlbəttə ki, Azərbaycanla münasibətlərini gərginləşdirmək istəməyəcək.
Mexanizm tətbiq olunarsa və Azərbaycan onun tələblərini pozarsa, ən yaxşı halda ona “rejimi pozma” deyəcəklər. Lakin bu, Azərbaycana qarşı hər hansı ciddi addımların atılması ilə nəticələnməyəcək. Sərhəddəki gərginlik, təcridetmə, ticarət əlaqələrin olmaması bizə qarşı olan addımlardır. Səbəb isə Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır. Nə zaman ki, problem həll olunacaq, qalan məsələlər də qaydasına düşəcək. Xəstəliyin nəticələrini aradan qaldırmağa çalışmaq yox, onun özünü müalicə etmək lazımdır.
- Amma vəziyyət dalana dirənib. Azərbaycan heç nə ilə razılaşmır, erməni tərəfi isə öz mövqelərini güzəştə getməyəcək. Bu halda çıxış yolu nədir?
- Vəziyyət dalana dirənməyib. Hər şey kimin daha sürətlə inkişaf edəcəyindən, təsir mexanizmlərinə malik olacağından asılıdır. Məhz həmin tərəfin maraqları nəzərə alınacaq. Yaşananlar isə Azərbaycanın öndə olduğunu göstərir. Ermənistandan fərqli olaraq, o, AŞPA-da qətnamələr qəbul etdirə bilir, ölkə iqtisadiyyatı inkişafdadır, Azərbaycan ərazisində regional əhəmiyyətli nəqliyyat infrastrukturu yaradılır. Münaqişə zonasındakı vəziyyət 100 il belə davam etməyəcək.
Və sonra, unutmayın ki, Ermənistandan əhalinin köçü getdikcə artır və bu, gələcəkdə əsgərlərin sayına da təsir edəcək. Azərbaycan isə oturub gözləmir. O çalışır ki, bu dövrdən öz xeyrinə istifadə etsin və Ermənistandan fərqli olaraq, buna nail olur. /Worldmedia.az/
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024