Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-02-2015, 11:28)
Qarabağ məsələsində yeni gəlişmə

Qarabağ məsələsində yeni gəlişmə

Azərbaycan Almaniya və Türkiyənin Minsk Qrupunda təmsil olunmasını istəyir

Azərbaycan tərəfi ATƏT-in Mİnsk Qrupuna Almaniya və Türkiyənin daxil edilməsini təklif etmişdi. ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu məsələ müzakirəyə çıxarılacaq: “Azərbaycanın ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilər qrupuna Almaniya və Türkiyənin də qoşulması, beşliyin (ABŞ, Rusiya, Fransa, Türkiyə və Almaniya), Sədrlər Şurası deyilən bir qurumun yaradılması təklifinə qurumun fəaliyyətdə olan sədri İvitsa Daçiç əvvəlki sədrlərdən fərqli olaraq etiraz etməyib. Əksinə, bunun müzakirə olunacağını deyib”.
B.Muradova qeyd edib ki, Azərbaycanın təklifinə cavab olaraq İ. Daçiç bu məsələnin üzərində iş aparılacağını söyləyib: “Ermənistan tərəfi dərhal etiraz etdi. Lakin buna baxmayaraq, Türkiyə ilə Almaniyanın Minsk Qrupunun həmsədrləri sırasına qatılması məsələsi əvvəlki vaxtlardan fərqli olaraq, bu dəfə ATƏT rəhbərliyi tərəfindən etirazla qarşılanmadı”.
B.Muradovanın sözlərinə görə, Azərbaycanın bu təklifi kifayət qədər əsaslıdır: “Almaniya Avropanın lider ölkəsidir. Bu yaxınlarda Angela Merkelin Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmasının zəruriliyi barədə fikrini nəzərə alaraq deyə bilərik ki, bu ölkənin iştirakı prosesə ciddi təsir göstərə bilər. Türkiyənin Cənubi Qafqazdakı rolunu, Ermənistanla sərhəd problemini Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqələndirməsini nəzərə aldıqda bu ölkənin də prosesdə iştirakının çox əhəmiyyətli olduğunu söyləmək olar. Ona görə də biz əsaslandırılmış təklif irəli sürdük və ATƏT rəhbərliyi də əvvəlki dövrlərdən fərqli olaraq, bu təklifin müzakirə olunacağını bildirdi. İndi biz bu təklifin necə həyata keçməyini gözləyirik”.

Politoloq Vəfa Quluzadənin fikrincə Rusiya hər zaman olduğu kimi bu dəfə də ənənəvi siyasət sərgiləyərək münaqişənin həllinin gecikməsi üçün əlindən gələni edəcək. :“Mən arzu edərəm ki Bahar Muradovanın təklifi keçərli olsun . Amma ümid etmirəm ki, bu məsələyə Rusiya loyallıq nümayiş etdirsin. Vaxtilə Minsk qrupu yaradılarkən bizim mövqeymiz bu qrupa təkcə ABŞ və Rusiyanın daxil edilməsi idi. Rusiya bizi aldadaraq öz müttəfiqi olan Fransanı Minsk qrupuna daxil etməklə ABŞ-ı müəyyən bir müddət məsələdən kənarda saxlamağa nail omuşdu. Müəyyən zaman keçdikdən sonra biz ABŞ-ın da bu qrupa daxil olnağına nail olduq. Bu gün isə Rusiya sözsük ki, Almaniya və Türkiyənin Minsk qrupuna daxil olması ilə bağlı məsələyə öz diliylə deyil, Ermənistanın diliylə rəy bildirəcək. Şübhəsiz ki, Ermənistan da öz növbəsində bu məsələyə öz etirazını bildirəcək. Minsk qrupunda Qərb dünyasından ABŞ-ın təmsil olunmasına baxmayaraq 20 ildir heç bir nəticə yoxdur. Səbəb isə tərəflərin rəsmi mövqelərinin bir-birindən kəskin fərqlənməsidir. Təbii ki, nüvə silahına sahib Rusiyanın xarici siyasət strategiyasının da böyük təsiri var . Rusiya hər zaman olduğu kimi bu dəfə də Azərbaycan və Ermənistanı özündən asılı duruma salmaq üçün nə hərb nə də sülh vəziyyətini arzu edir. Bu zonada daima atəşkəs xəttində od püskürməsini təmin etmək Rusiyanın ənənəvi siyasətidir. İstər Almaniya,istərsə də Türkiyə bu prosesə cəlb olunsa da lider dövlətlərin fikir müxtəlifliyi səbəbindən bu münaqişənin həllində perspektiv yaranacağını düşünmürəm”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025